Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, fevralın 9-da saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakinləri Əntiqə Məhərrəmova və Sədaqət Aslanova vurulub.
Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.