17 yaşlı qız qardaşını öldürüb, qollarını kəsib, basdırdı - MƏHKƏMƏDƏ DƏHŞƏTİ ETİRAF ETDİ

15:12 / 11.02.2016

Təqsirləndirilən qızın ailəsi ondan elə məhkəmədəcə imtina etdi 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 Strategiya.az Lent.az-ın məlumatına istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə araşdırma davam edib. İfadələr elan olub. Bu zaman Alyona Baxışova cinayəti etiraf edib və məhkəməyə verdiyi ifadəni təsdiq edib.

 

Məhkəmə prosesi fevralın 18- davam edib.

 

Xatırladaq ki, Alyona Baxışova ilkin baxış iclasında ifadə verən zaman hadisəni nəql edib. O, qardaşını tək öldürdüyünü demişdi. Sonrakı iclaslarda isə Alyona Baxışova ifadəsini dəyişirək cinayətin qonşuluqda yaşayan Ələsgər Səlimov tərəfindən törədildiyini demişdi. Məhkəməyə dəvət olunan Ələsgər Səlimov isə ruhi xəstədir. Bununla bağlı tibbi arayış verib.

 

Alyona Baxışova məhkəməyə ilk ifadəsində belə demişdi: “Atam biz uşaq olanda rəhmətə gedib. Ata nənəm, anam, iki qardaşımla birgə yaşayırıq. Baxış hamımızdan böyük idi. Əsgər gedib gəlmişdi. Ortancıl uşağam, məndən də balaca Rafiq adlı qardaşım var. Ailədə hər zaman səs-küy olurdu. Baxış hərbi xidmətdən gələndən sonra tez-tez mənə sataşırdı. Ağlına gələni deyir, təhqir edir, vururdu. Bu barədə anama məlumat vermişdim”.

 

Təqsirləndirilən şəxs ifadəsinin bu yerində qardaşının zoofiliyaya meylli olduğunu və bunu iki dəfə gördüyünü bildirib. Onun anası Bacıxanım Baxışova da oğlunun zoofiliyaya meylli olduğunu təsdiqləyib və bir dəfə onu yaxaladığını, buna görə tənbehlədiyini bildirib (A.Baxışova ifadəsində bu məqamla bağlı detalları açıq şəkildə nəlq edir – red.).

 

Alyona Baxışova ifadəsini davam etdirib. O, bu hadisədən sonra qardaşı ilə münasibətlərin daha da pisləşdiyini deyib: “Məni tez-tez döyməyə başladı. Təhqir edirdi. Hadisə günü gecə hamı yatmışdı. Öz otağımdaydım. Saat 3-4 arası olardı. Otağıma girdi. ... Zorla cinsi əlaqədə olmaq istəyirdi. Üstümə cumdu. Əlini saçlarıma atdı. Karnizin dəmiri ilə onun başına zərbə vurdum. Həyətə qaçdım. Dalımca gəldi. Gizləndim. Amma tapdı. Gözləri çönmüşdü. Odun olan yerdən baltanı götürdüm. Qorxmuşdum. O üzərimə gələndə balta ilə başına iki zərbə vurdum. Yerə yıxıldı. Bir anlıq ayıldım. Bilmədim, neyləyəm. Həyətin küncündə yeri qazıb onu basdırdım. Yer qan olmuşdu. Yarım saat ərzində onu basdırdım. Əynimdəki paltarı çıxarıb yandırdım. Telefonu məndə idi. Baxışın nömrəsi ilə nənəmə mesaj yazdım ki, SDK-da işləməyə getmişəm. Davamlı olaraq hər gün mesaj yazırdım. Anam, nənəm polisə itkin düşməklə bağlı ərizə yazmışdı. Hadisədən 7 ay keçdi. Baxışı basdırdığım yerdən su keçirdi. Onu daha uzaq bir yerə basdırmalıydım. Evdən xeyli uzaqda bostan sahəmiz vardı. Orada yer qazdım. Hava qaralandan sonra qonşudan aldığım araba ilə onu birinci basdırdığım yerdən çıxardım. Arabaya yerləşsin deyə, ayaqlarını və qollarını kəsdim. Onu birtəhər aparıb orda basdırdım. Bu vaxtı məni balaca qardaşım Rafiq gördü. Rafiqə dedim ki, pomidor əkirəm. Bir müddət vaxt keçdi. Baxışın telefonu evdə tapıldı. Artıq məndən şübhələnmişdilər. Nənəmlə Qusara getmişdim. Sahə inspektoru Rövşən müəllim gəlib məni tutdu. Baxışı öldürmək niyyətim yox idi. Özümü qorumaq istəyirdim. Üstümə gəlirdi. Özümü müdafiə edirdim”.

 

Hakimlər Alyona Baxışovanın düz danışmadığını bildirib: “Sən bu cinayəti yetkinlik yaşına çatmayanda törətmisən. Düzgün danış, kimsə səni öyrədib. Sən bu boyda cinayəti tək törədə bilmərsən. Kim yardım edib? Bir meyiti sən necə qız canınla daşıya bilərsən ki? Düzgün danış, araşdıraq. Anan yazıqdır, bir övladı qəbrə, biri də türməyə gedir”.

 

Alyona Baxışova cinayəti özünün törətdiyini, heç kimin xəbəri olmadığını deyib.

 

Qeyd edək ki, hadisə 2014-cü il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İttiham görə, A. Baxışova qardaşı Baxışı onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vurub öldürüb. Daha sonra onun meyitini həyətdə basdırıb. Bir müddət sonra meyitin aşkar ediləcəyindən qorxaraq onu həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb. Baxış Baxışovun meyiti bir müddət sonra qardaşı tərəfindən aşkar edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM