"Sevgililər günü" ilə bağlı qeyri-adi adətlər

15:00 / 13.02.2016

Cütlüklərin səbirsizliklə gözlədiyi, əksər tənhaların isə ürək qızdırmadığı "Sevgililər günü"nə cəmi bir neçə gün qalır. Bu tarix beynəlxalq bayram kimi qeyd olunsa da, bu gün o, dünyanın fərqli ölkələrində fərqli formalarda qeyd olunur.

Strategiya.az publika.az-a istinadən bildirir ki, Hindistanda ürək işarəsi həyat deməkdir. Həmin gün Hindistanda bir adama ürək vermək, ona həyatını həsr etmək mənasını verir.
Braziliyalılar "Sevgililər günü"nü 12 iyunda qeyd edir. Onlarda bu gün "Dia dos Namaorados" (Tərcümədə "Aşiqlər günü"- red.) adlanır. Braziliyada həmin gün qızlar bəyəndikləri kişilərin adlarını kağızlara yazıb bükürlər. Sonra kağızları qarışdırıb içindən birini seçirlər. Onlar kağızda yazılan adamın gələcəkdə ərləri olacağına inanırlar.
 
Qvatemalada 14 Fevral yalnız məhəbbət günü kimi deyil, məhəbbət, dostluq, ailə günü kimi qeyd olunur. Gənclər sevgililəri ilə vaxt keçirir, yaşlılar küçədə milli geyimlərdə gəzirlər.  
Filippində hər il 14 Fevralda kütləvi şəkildə nikah mərasimləri keçirilir. Yüzlərlə gənc toyunu  məhz bu günə salır. Beləcə, kişilər evləndikləri günü heç vaxt unutmur.
 
Çində "Sevgililər günü" ay təqviminə görə, 7-ci ayın 7-ci günündə qeyd olunur. Bu gün "Qi Xi Jie", yəni, "Yeddilərin gecəsi" adlanır. Əfsanəyə görə, Niulanq adlı bir çoban Tsin adlı bir pəriyə aşiq olur. Ancaq cənnət ilahəsi ikisinin evlənməsinə icazə vermir və pəri ölür. İnanca görə, onlar ildə yalnız bir dəfə bir körpünün üzərində görüşüb danışa bilirlər. Həmin tarixdə  cütlüklər və subaylar məbədlərə gedib dua edirlər.
 
Yaponiyada isə 14 fevralda qadınlar əlləri ilə hazırladığı şokoladı sevdiklərinə verir və kişilərin rəyini öyrənirlər. Əgər kişilər şokoladı bəyənsə, bir ay sonra onlar da sevgililərinə şokolad hazırlayır. Bu bir aylıq müddət "Ağ gün" adlanır.
 
İngiltərədə də "Sevgililər günü" çox maraqlı qeyd olunur. Belə ki, bu bayram ərəfəsində İngiltərədə  qadınlar iynə ilə yataqlarının kənarına dörd yarpaq tikir və yumurta yeyirlər. Beləliklə, gələcək ərlərini yuxularında görəcəklərinə inanırlar. Bu yalnız bir inanc olsa da, qadınlar illərdir ki, bu ritualı əyləncə xətrinə yerinə yetirir.
 
14 fevral Bolqarıstanda həm də şərab günüdür. Sevgililər də o günü şərab içərək qeyd edir.
 
Argentinalılar "Sevgililər günü"nü qeyri-adi şəkildə qeyd edir. Belə ki, onlarda iyul ayında şirniyyat həftəsi təşkil edilir. Bu həftə ərzində hər bir şirniyyata bir öpüşlə cavab verirlər. Bu mərasim, əslində, şirniyyat satışını artırmaq üçün keçirilir. Lakin ehtiraslı Argentina xalqı bu mərasimi çox sevir.
 
14 fevral tarixi son illərdə çox populyar olmasına baxmayaraq, Çexiyada  ənənəvi "Sevgililər  günü" mayın 1-i qeyd olunur. Həmin gün cütlüklər Petrin parkda görüşüb orada şair Karel Hinek Maxanın heykəlini ziyarət edir. Deyilənlərə görə, həmin gün albalı ağacının altında öpüşmək cütlüyə şans gətirir. 
 
Estoniyada 14 fevral dostluq günü kimi qeyd olunur. Həmin gün romantik cütlüklər yox, sadiq dostlar bir-birini təbrik edir.
Bu tarix Finlandiyada da dostluq günü kimi daha çox məşhurdur.
 
14 fevralda Fransa aşiqlərin yaşadığı cənnətə çevrilir... Evlər, küçələr güllərlə bəzədilir, ağaclardan isə sevgi etirafları asılır. Qeyd edək ki, bu tarixdə sevdiyi qadına evlilik təklif etmək Fransada da geniş yayılmış adətdir.
 
2007-ci ildən etibarən kakao istehsalçısı kimi tanınan Qana turizmi artırmaq üçün 14 fevralı Milli Şokolad günü kimi qeyd edir. Bu tarixdə şəhərin küçələrində satıcılar şokolad sərgiləri təşkil edir.
 
14 fevral Rumıniyada quşların nişanlandığı gün kimi tanınır. Onlarda "Sevgililər günü" və baharın gəlişi eyni vaxtda qeyd olunur. Qızlar və kişilər meşəyə çiçək toplamağa gedir, bəziləri isə üzünü qarla yuyur. İnanclara görə, üzünü qarla yumaq sağlamlıq və xoşbəxtlik gətirir.
 
Cənubi Afrikada gənc qadınlar qollarına sevdiyi kişinin adını döymə etdirir.
 
Cənubi koreyalılar ancaq fevralın deyil, bütün ayların 14-ünü bayram kimi qeyd edir. May gül, iyun öpüş, dekabrın 14-ü isə qucaqlaşma günüdür.
 
İspanlar üçün ilin ən romantik günü 9 oktyabr "Müqəddəs Dionis" günüdür. Bu gün bir sıra məşhur festival və tədbirlər təşkil olunur, kişilər məhəbbətlərinin əlaməti olaraq tərəf-müqabilinə Mokadora verir.
 
Sevgililər günü Azərbaycanda 14 fevral tarixi ilə yanaşı, 30 iyunda da qeyd olunur. Bu tarix 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun vəfatından sarsılaraq intihar edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Uşaqlıq dostları olan İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM