Bu barədə fevralın 14-də Yunanıstan polisi məlumat yayıb. Polis onların Britaniya vətəndaşlığı olan etnik kürdlər olduqlarını deyir. Amma hələlik adları çəkilmir.
Onlardan 39 yaşlı birisi nəzarət-buraxılış məntəqəsinin ətrafında yaxalanıb. Onun üstündə 4 tapanca və 200 mindən çox patron aşkar edilib. 22 və 28 yaşında olan digərləri isə qonşu şəhərdə saxlanıb. Onların yükündən isə 18 silah və 27 min patron çıxıb.
Amma polis onların “İslam Dövləti” qrupu ilə əlqəsi oldqularını göstərən dəlillər olmadığını deyir. Onlara qarşı rəsmi ittiham irəli sürüləcək. (azadliq.org)