Gələcəyimizi təhlükəyə atmayaq!

11:39 / 15.02.2016

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun ötən il iyunun 1-dən qüvvəyə minib. Qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslər talassemiya, hemofiliya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qanun qüvvəyə mindiyi vaxtdan bu günəcən 94400 nəfər tibbi müayinədən keçib. Ümumi saydan 84600 nəfəri ötən il müayinədən keçənlərdir ki, onların da 5534 nəfərində talassemiya daşıyıcılığı, 239 nəfərində sifilis, 54 nəfərində isə QİÇS aşkarlanıb. Eyni zamanda, bu ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçib. Onlardan isə 246 nəfərdə talessemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkarlanıb. Sadaladıqlarımız respublika üzrə statistik göstəricilərdir. 

Strategiya.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhərinə gəlincə, burada ötən il 2967 nəfər tibbi müayinədən keçib. Onlardan 145 nəfərdə talassemiya, 4 nəfərdə sifilis, 2 nəfərdə isə QİÇS tapılıb. Cari ilin yanvar ayından bu günəcən isə Gəncə şəhərində 500 nəfər nikah öncəsi tibbi müayinədən keçib. 2016-cı ildə qan analizi verən cütlüklərdən 10-da talassemiya daşıyıcılığı aşkarlanıb. Tibbi müayinə zamanı sözügedən üç xəstəliyin yoxlanılması qanunda göstərilən əsas şərtdir. Niyə məhz 3 xəstəlik, digərləri ola bilməzmi? Məsələn, əsrin bəlası narkomaniyanın da ailələrə vurduğu zərər heç də az deyil. Analizlər nəticəsində şəxslərin narkotik vasitə aludəçisi olub olmadığı aşkarlana bilməzmi? Bu kimi suallara cavabında həkimlər bildirdilər ki, QİÇS yoxlanılır və bu sindromun əsas səbəbi əksər vaxtlar narkotik vasitələrdən istifadə olur. Sifilis, talassemiya və QİÇS qan xəstəliyi olduğundan və irsi xarakter daşıdığından onların yoxlanılması vacib şərtdir. 

Tahirə Məmmədova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: "İrsən keçən xəstəliklər həm ailəmizə, həm dövlətimiz üçün müəyyən problemlər yaradır. Yəni xəstə doğulan uşaq həm mənəvi, həm də maddi sarsıntıdır. Buna görə də irsi xəstəliklərin daşıyıcılığı get- gedə azaldılmalıdır. Biz də müayinələr edirik, qarşısını almağa çalışırıq. Çünki gələcəyə sağlam övlad gətirmək vacibdir".

Diqqət çəkən daha bir məsələ qohumlar arasında nikahlardır. Araşdırmalara əsasən qohum evliliklərdə problemli uşaqların doğulması riski digərlərinə nisbətən iki dəfə artıq olur. Belə izdivaclarda uşaq düşmələri, ölü doğum, beyin iflici halları daha çox qeydə alınır.  Yəni, qohum nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdəndir. Statistikaya əsasən hər il dünyaya gələn uşaqların ən az 8,4%-i qohum nikahdan doğulur. Bu uşaqların bir qismi yaşı tamam olmadan ağır infeksiyalar səbəbi ilə dünyasını dəyişir. Bu isə immun çatışmazlığı ilə bağlı olur ki,  bunun da bir qismi qohum evlilikdən qaynaqlanır. 

Rəna Bağırova - Gəncə Qadın Məsləhətxanasının müdiri: "İstər oğlan tərəfdə, istərsə də qız tərəfdə elə bir gen ola bilər ki, fəsad versin. Məsələn, o oğlan qohum olmayan başqa qız alsa, uşaqda xəstəlik olmaz. Yox, əksinə öz qohumunu aldıqda gen iki dəfə artır. Uşaq ana bətnində inkişaf etmir. Bu bəlkə də ən yüngül formadır. Ən ağır bəlamız isə talessimiyadır".
Nikahdan öncə tibbi müayinələrin aparılmasında əsas şərtlərdən biri də konfidensiallığın qorunmasıdır. Xəstəlik aşkarlandıqda bununla bağlı tibbi arayışda heç bir məlumat verilmir. Hətta cütlüklərə belə ayrı- ayrılıqda informasiya verilir. Bunu elə Gəncə Asan Xidmət Mərkəzinin VVAQ əməkdaşları da təsdiqləyir. Hətta şöbədən verilən məlumata görə, tibbi müayinələrin qanuniləşməsindən sonra boşanmaların da sayında azalma müşahidə edilib.

Günay İsmayılova - Gəncə ASAN xidmət VVAQ şöbəsinin əməkdaşı: "Bizə gələn arayışlar məxfi olur. Onun nəticəsində vətəndaşları nikaha qəbul edirik. Əvvəllər nikahdan sonra xəstəliklərə görə cütlüklər arasında mübahisə düşə bilərdisə, indi bu olmur. Boşanmalarda azalma olub. Nikaha girənlərin sayı isə çoxalıb. Cütlüklərimiz bilirlər ki, artıq onlar arasında heç bir maneə yoxdur".
Amma "nikahdan öncə tibbi müayinə nə üçün lazımdır? Əvvəlllər belə şey yox idi, ailə qurmaq mümkün deyildi ki?" kimi fikirlər qanun qüvvəyə minənəcən müxtəlif təbəqələrdən olan insanlar tərəfindən səslənirdi. Bu insanlar tibbi müayinəni doğurdanmı lazımsız sayırdılar, yoxsa müayinənin nəticəsinin neqativ olmasından çəkinirdilər deyə bilmərik. Amma əminik ki, 7 il öncə müzakirəsinə başlanılan qanunun məhz ötən il qüvvəyə minməsinə səbəb cəmiyyətin maariflənməsi olub. Bunu rəsmi şəxslər də qeyd edir ki, artıq məsələnin nə dərəcədə vacib olduğu vətəndaşlar tərəfindən də təsdiqlənir. Çünki övlad sahibi olmaq qədər həmin övladın sağlam olması da hər bir ailənin arzusudur.

Şəhər sakini: "Hər şey əvvəlcədən bilinir. Bütün xəstəliklər. Sonradan bilib boşanmırlar".
Şəhər sakini: "Gələcək üçün çox gözəldir. Sağlam uşağın dünyaya gəlməsi üçün".
Şəhər sakini: "Hökümətimiz sağ olsun ki, belə bir qanun qüvvəyə minib və sağlam ailə formalaşır".
Şəhər sakini: "Ailə qurandan sonra məndə olub belə bir şey. Qanımızda problem oldu. Övladımız şikəst doğuldu. Sonra da dünyasını dəyişdi".

Sonuncu müsahibimizin başına gələnlər bu həyatda yalnız onun yaşadığı problem deyil. Bütün dövrlərdə cəmiyyətin vəbasına çevrilən irsi qan xəstəlikləri qeyri- sağlam körpələrin doğulması, ailədaxili münaqişələr və nəhayət boşanmaların səbəbi olub. Adlarının açıqlanmasını istəməyən süjetimizin qəhrəmanları da sözügedən səbəbdən təxminən beş aydır ki, qurulan ailələrini dağıtmaq məcburiyyətindədirlər. Müəyyən səbəblərə görə, nikahları toydan sonra qeydə alınan cütlük tibbi müayinədən keçərkən, gözləmədikləri nəticə ilə qarşılaşıb: oğlanın talassemiya daşıyıcısı olduğu aşkarlanıb.

Oğlan: "Sevib evlənmişdik, ancaq vəziyyət o yerə çatıb ki, ayrılmaq məcburiyyətindəyik. Çünki gələcəkdə uşaqlarımızda da bu xəstəlik aşkar oluna bilər. Gələcəkdə ailə qurmağı planlaşdıran gənclərə demək istərdim ki, tibbi müayinədən keçsinlər ki, bizim vəziyyətimizə düşməsinlər".
Qız: "Həyat yoldaşımın da qeyd etdiyi kimi, bu xəstəliyə görə artıq biz ayrılmaq məcburiyyətindəyik. Çünki gələcəyimiz üçün təhlükədir. Nə qədər sevib ailə qursaq da, bu hansısa yolun bitdiyinə işarədir".

Hər ağacın bir meyvəsi var. Övlad da sevginin meyvəsidir. İki insan arasında yaşanan ülvi hissin ən ali məqamıdır dünyaya övlad bəxş etmək. Ancaq heç bir hiss, heç bir duyğu körpənin sağlamlığından üstün ola bilməz. Odur ki, atılan bütün addımlarda gələcəyi düşünüb qərar verməliyik. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM