“Söhbət Bakıdan düşəndə, fikrə getdi, heç nə demədi”
Zadəgan nəslindən idi. Atası nəinki Peterburqda, çar Rusiyasında barmaqla göstərilən vəkillərdən sayılırdı. O dövrün ən səsli-küylü məhkəmə proseslərində iştirak edən Dmitri Stasovu hətta imperatorun sarayında belə tanıyırdılar.
6 uşağı vardı Dmitri Stasovun. Beşincisi qız idi. Anasının adını vermişdi bu qıza: Yelena...
***
Bakı, 1920-ci il. ADR devrilib, ölkə bolşevik işğalına məruz qalıb. İyul ayının 19-da Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsində büro iclası keçirilir. Həmin ərəfədə, yəni aprel çevrilişindən sonra azərbaycanlıların əsas rəhbər vəzifələrə çəkilməsi son dərəcə çətin idi. Rəhbərlikdə ruslar, gürcülər və ermənilər daha çox yer tuturdular. Bu, Leninə də sərf edirdi. Amma buna baxmayaraq, büroda tək-tük də olsa, “beynəlmiləlçi” azərbaycanlı kommunistlərə də rast gəlmək olurdu. Həmin gün, yəni iyulun 19-da MK-nın Siyasi Bürosuna həm də seçkilər keçirilməliydi. Seçki deyəndə ki, əslində kimin seçiləcəyi əvvəldən bəlli idi. Tələsik səsvermədən sonra Siyasi Büroya aşağıdakılar seçilir: N. Nərimanov, V. İ. Naneyşvili, M. D. Hüseynov, A. İ. Mikoyan, V. Lominadze, Sarkis (S. A. Danielyan), K. F. Sturua, D. X. Bünyadzadə, Ə. Qarayev və Y.Stasova. Yaşı az qala əlliyə çatan Stasovanın Büroya düşməsi isə çoxları üçün gözlənilməz idi. Tərəddüd etmək, niyəsini soruşmağa isə heç kimin cürəti çatmamışdı. Çünki onu bura Lenin göndərmişdi. Özü də Stalinin məsləhətiylə…
Kim idi axı bu qadın?
Ondan niyə çəkinirdilər?
Və nəhayət, biz niyə ondan bəhs edirik ki?
Hə, dedik axı, atası zamanların çox tanınmış vəkili olub. Anası isə sıradan bir müəllimə, gimnaziyada rus dili və ədəbiyyatından dərs deyirmiş.
13 yaşınadək balaca Lenaya evdə dərs deyiblər. 1887-ci ildə isə atası onu Taqansovanın qadın gimnaziyasına aparır. Özü də birbaşa 6-cı sinfə. Bu fitri istedadlı qız 3 il sonra həmin gimnaziyanı qızıl medalla bitirir.
17 yaşındaykən ona rus dili və tarixindən dərs keçmək icazəsi verilir. Stasova bazar günü məktəbində dərs deməyə başlayır. 3 il keçir. Hər şey öz axarı ilə gedən vaxtda… qəfil bir tanışlıq onun bütün həyatını dəyişir. Günlərin bir günü onun dərs dediyi məktəbə başqa bir rus dili müəlliməsi də təyin olunur. Elə ilk gündən onların dostluğu başlayır. Yeni gələn müəllimə isə Nadejda Konstantinovna Krupskaya idi. O Krupskaya ki, hələ 5 ildən sonra Leninlə tanış olacaq, proletariatın gələcək rəhbəriylə kilsə nikahına girəcəkdi. Elə həmin ildə də gələcək Kommunist Partiyasının rüşeymi olan RSDFP-nin üzvü olacaq, leqal, gizli fəaliyyət göstərəcək, həbs, sürgün həyatı yaşayacaq və… Və demək olar ki, eyni aqibəti bu zadəgan qıza da yaşadacaqdı. Amma hələ ki, onlar rəfiqədirlər, bir yerdə fəhlələr üçün nəzərdə tutulan axşam kurslarında dərs deyirlər...
***
... Krupskaya qısa zamanda Yelenanı siyasi fəaliyyətə cəlb edir. 1898-ci ildən Stasova “Fəhlə sinfinin azadlığı üçün mübarizə ittifaqının” fəal üzvünə çevrilir. 1901-ci ildə isə o, bolşevik qəzeti olan “İskra”nın fəhlələr arasında yayılmasında böyük rol oynayır. 3 ildən çox imperiyanın bir çox şəhərlərində, Sankt-Peterburq, Oryol, Moskva, Minsk, Kiyev, Samarada gizli partiya fəaliyyəti ilə məşğul olur. Və nəhayət, 1904-cü ildə çar xəfiyyələri tərəfindən ifşa olunaraq həbsə atılır. 31 yaşlı Yelena həbsdə 6 ay qalır. Həbsdən çıxandan sonra isə Lenin və Krupskayanın təkidiylə İsveçrəyə köçür. İsveçrədə mühacirət həyatı yaşayır. Və boş da dayanmır. Berndə “Proletatirat” adlı qəzet də dərc edir.
Bu dəfə Lenin ona başqa məsuliyyətli tapşırıq verir. 1906-cı ilin fevralından başlayaraq Finlandiyadan silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olmağa başlayır. Amma bir neçə aydan sonra ələ keçir. Bolşeviklər isə onu darda qoymurlar. Çar imperiyasının məhkəmələrinə verilən külli miqdara rüşvət müqabilində “Absolyut” azadlığa çıxır. Hə, təəccüblənməyin, “Absolyut” onun çoxsaylı bolşevik ləqəblərindən biri idi. Eləcə də "Quşa", "Varvara İvanovna", "Delta"…
1907-ci ildə Stasovanı Tiflisə göndərirlər. Nə az, nə çox, düz 5 il Tiflisdə yaşayır, bolşevik təbliğatıyla məşğul olur. 1912-ci ilin iyulunda Tiflisdən Peterburqa gəlib valideynlərini ziyarət etmək istəyir. Elə valideynlərinin mənzilindəcə həbs edilərək, Sibirə sürgün olunur. Stasova Qafqazlara bir də 8 il sonra gələcəkdi. Amma bu dəfə başqa statusda...
***
1920-ci il. Stasova xüsusi tapşırıqla Bakıya gəlir. O, Şərq Xalqlarının 1-ci Qurultayının qeyri-rəsmi təşkilat rəhbəri kimi hazırlıq işləri ilə məşğuldur. Qurultay öz işinə sentyabrın 1-i başlayıb, ayın 8-i bitirməliydi. Amma qurultayın gedişində, Rəyasət Heyətində oturan Stasovanı kulisə çağırırlar. Moskvadan gələn teleqramı göstərib, şəxsən Vladimir İliçin əmridir deyirlər.
Teleqram elə qurultaydaca oxunur: “Yelena Dmitrevna Stasova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri təyin olunur”. Zalda istər-istəməz alqış qopur. Leninin əmrinə, özü də illərin sınağından çıxmış Stasovaya kim yox demək cəsarətində olacaqdı ki?
Amma… Amma tarixin ironiyasıydı, nədi, Stasova bu postda vur-tut 6 gün qalır. Sentyabrın 9-u vəzifəyə təyin olunun Stasova 15-də geri Moskvaya çağırılır. O, Şərq Xalqları üzrə komissar vəzifəsinə təyin edilir. Əslində, onun bundan sonrakı taleyi, necə deyərlər bioqrafiyasının bizim üçün, Azərbaycan oxucusu üçün heç bir əhəmiyyəti yoxdur. Amma bircə onu deyək ki, Stasova çox yaşayır, 1966-cı ilin son günü, dekabrın 31-də 93 yaşında Moskvada vəfat edir. Tək-tənha bir şəraitdə.
Ölümündən bir neçə gün əvvəl Lenin dövrundən və Stalin repressiyalarından sağ qalmış tək-tük klassik bolşeviklərdən olan Stasovanı başqa bir köhnə kommunist, Anastas Mikoyan ziyarət edir. Mikoyan xatirələrində yazırmış ki, biz hər şeydən danışdıq. Bütöv bir dövrdən, Serqodan (Orjenikidze) tutmuş Sergey Mironoviçə (Kirov) qədər hamıdan. Söhbət Bakıdan düşəndə mən ona 6 gün sürən rəhbər dövrünü də xatırlatdım. Nə baş verdi ki, sizi geri çağırdılar dedim. Fikrə getdi. Heç nə demədi. Mən də soruşmadım”.
Hə, niyə məhz 6 gün? Bu məqama heç bir tarixi ədəbiyyatda rast gəlmək mümkün deyil. Heç bir mənbədə yoxdur. 6 günün sirri 50 il bundan əvvəl onunla birgə getdi…
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM