Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı, xüsusən də piyadaların vurulması ilə nəticələnən qəzalarda əksər hallarda sürücülər günahkar hesab edilir. Strategiya.az trend-ə istinadən xəbər verir ki, bu, ölkədə baş verən yol qəzalarının rəsmi statistikasında da görünür. Rəsmi statistikaya görə, ölkənin avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 98 faizində sürücü günahkar hesab edilir. Hətta piyada keçidi olmayan ərazilərdə belə piyadalar vurulursa, bu halda piyadalar deyil, sürücülər daha çox məsuliyyət daşıyırlar.
Qəzaların 98 faizində niyə sürücülər günahkar hesab edilir?
Artıq neçə illərdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçən piyadalar cərimələnir. Bu proses Bakı şəhərində daha ciddi şəkildə həyata keçirilir. Amma buna baxmayaraq piyadalar yenə də piyada zolağı olmayan yerlərdə yolu keçməklə özlərinin və digərlərinin həyatını təhlükəyə atırlar. Bakıda əhalinin sıx olduğu ərazilərdə yeraltı və yerüstü keçidlər olsa da, piyadalar həmin keçidlərdən istifadə etmədən yolun hərəkət zolağından keçməyə cəhd edirlər. Nəticədə ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur, həyatını itirir və ya müxtəlif dərəcəli bədən xasarətləri alır. Əksər hallarda da bu cür baş verən yol qəzalarında piyada deyil, sürücü günahkar hesab edilir.
Qanunvericilik nə deyir?
Əslində, qanunvericilikdə belə deyil. “Yol hərəkəti haqqında” Qanun, “Yol Hərəkəti Qaydaları” və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib. Bununla bağlı qanunvericilikdə boşluq yoxdur. Qanunvericilik imkan verir ki, baş vermiş yol qəzalarında sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti müəyyənləşdirilsin və hadisəyə obyektiv hüquqi qiymət verilsin. Amma Azərbaycan praktikasında bu hadisələr araşdırılarkən sonda piyada məsuliyyətdən yayındırılır və bir çox hallarda məsuliyyət sürücünün üzərində qalır.
Məsələn, qanunvericiliyə görə, piyadanın avtomobil yollarında yalnız piyada keçidindən istifadə etməsi vacib hesab edilib. Bundan başqa, sənəddə piyadaların yollarda piyada zolağı olmayan ərazisindən keçməsi qadağan olunub və bunun üçün müvafiq miqdarda cərimələr də nəzərdə tutulub. Əhalinin və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə yol polisi bu cür hallara nəzarət edir və gün ərzində onlarla piyada cərimələnir, onların avtomobil yollarına çıxmasının qarşısı alınır. Amma buna baxmayaraq, yenə də piyadaların avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçməsi halları hələ də var. Əksər hallarda piyadaların vurulması hadisələri məhz piyada zolağı olmayan ərazilərdə baş verir. Amma hadisədən sonra aparılan araşdırmalarda əksər hallarda sürücülər məsuliyyətə cəlb edilir.
Qonşu ölkələrlə Azərbaycanın müqayisəsi
Əksər xarici ölkələrdə, xüsusən də Azərbaycanla qonşu ölkələr - Türkiyə, Rusiya, Gürcüstan və İranda avtomobillərin hərəkət zolağında piyadaların vurulması zamanı sürücü əksər hallarda məsuliyyət daşımır. Az hallarda bu cür hadisələr zamanı sürücü məsuliyyət daşıyır. Hadisələr obyektiv araşdırılır və sürücünün günahı olduğu sübuta yetiriləndən sonra sürücü məsuliyyətə cəlb edilir. Bu hallar isə ondan ibarət olur ki, hadisə baş verən ərazidə sürücü qanunvericiliklə nəzərdə tutulan sürət həddini aşarsa, sükan arxasında sürücünün diqqətini yayındıran vasitələrdən (telefonla danışmaq, komputer və digər avadanlıqla məşğul olmaq) istifadə edərsə və ya spirtli içki qəbul edərsə, sürücünün sərxoşluğu faktı aşkarlanarsa və sair. Bu cür hallarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücünün günahı sübuta yetirilərsə, sürücü məsuliyyətə cəlb edilir. Amma bu cür hallar olmadığı halda sürücünün heç bir günahı olmadığı halda yol qəzaları baş verərsə, bu zaman sürücü məsuliyyətdən azad edilir.
Azərbaycanda niyə belə deyil? Azərbaycan qanunları qonşu ölkələrin qanunvericiliyindən daha təkmil olduğu halda, piyada bəzi hallarda məsuliyyətdən niyə yayındırılır?
Digər ölkələrdə baş verən yol qəzalarının 50-60 faizi sürücünün, 40-50 faizi isə piyadanın günahı hesab edilir. Azərbaycanda piyadaların piyada keçidi olmayan ərazilərdən avtomobil yollarını keçməsi hallarının qarşısı alınmadığı üçün yollarda piyada vurulma hadisələri artır. Bununla bağlı Dövlət Yol Polisi tərəfindən görülən tədbirlərin artırılmasına, eyni zamanda, piyadaların məsuliyyətinin artırılması ilə bağlı təbliğat tədbirlərinin gücləndirməsinə hələ də ehtiyac var.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM