"Rəisin Nigar Köçərlini təhqir etməsi xəbəri yalandır"

21:31 / 16.02.2016

Ötən il baş verən oğurluq hadisəsi ilə bağlı bu gün Nəsimi Rayon Polis İdarəsinə çağırılan “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin rəis, polis-polkovniki Musa Musayev tərəfindən təhqirlərə məruz qalması xəbəri ilə bağlı DİN rəsmi açıqlama verib.

Strategiya.az bildirir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org-a açıqlamasında bu məlumatın tamamilə yalan olduğunu bildirib: ““Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin fevralın 16-da Nəsimi RPİ-də İdarənin rəisi, polis polkovniki Musa Musayev tərəfindən guya təhqirə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır, böhtan xarakterlidir, baş vermiş hadisənin mahiyyətinin təhrif olunmuş, özünə sərf edən formada təqdimatından və qabaqdangəlmişlikdən başqa bir şey deyil.

Həqiqətən də ötən il sentyabrın 26-da “Əli və Nino” mağazaları şəbəkəsinin ofisində oğurluq baş verib, seyfdə saxlanılan 13.216 manat naməlum şəxslər tərəfindən aparılıb. Bu barədə məlumat daxil olan kimi dərhal polis əməkdaşlarından ibarət qrup hadisə yerinə gedib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib, həmin tədbirlər bu gün də davam etdirirlməkdədir. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. Bu kontekstdə Nigar Köçərlinin də şübhələndiyi, oğurluq baş verən zaman ofisdə olan bir neçə şəxs də polis tərəfindən dindirilib. Lakin görülən bütün tədbirlərə rəğmən, hələlik cinayəti açmaq mümkün olmayıb.

Məsələ ilə əlaqədar adıçəkilən xanım dəfələrlə İdarəyə dəvət olunub, burada onunla əməliyyat işləri üzrə rəis müavini Nadir Aslanov və digər məsul şəxslər tərəfindən cinayətin açılması istiqamətində müvafiq söhbətlər aparılıb, istintaq-əməliyyat tədbirlərinin gedişi barədə zəruri məlumatlar da verilib. Lakin bu iddialı xanım hər dəfə az qala ultimativ formada izahat tələb edərək İdarənin məusl əməkdaşlarını təxribata çəkmək istəyib, buna nail olmadıqda isə onları guya oğurluğu açmaqda maraqlı olmadlqları barədə şantaj edirmiş. N.Köçərli İdarənin rəis müavini Nadir Aslanovun və cinayət-axtarış şöbəsinin rəisi Orxan Axundzadənin cinayətin açılmasında guya maraqlı olmadıqlarını deyərkən, əlbəttə, yalan danışır və polis əməkdaşlarına qarşı qərəzini büruzə verir.

Adi məntiq də deyir ki, rəis müavini və CAŞ-ın rəisi rayon ərazisində baş verən istənilən cinayətin açılmasında öz vəzifə borclarına görə ən çox maraqlı şəxslərdir. Göstərilən istiqamətdə zəruri tədbirləri həyata keçirdiklərinə görə onların bu məsələdə laqeydlik göstərməsi heç mümkün də deyil. Sözügedən cinayət işinin icraatının guya dayandırılması barədə xanımın iddiaları da həqiqətdən uzaqdır. Digər tərəfdən, məhz adları çəkilən şəxslərin də daxil olduğu istinntaq-əməliyyat qrupu ötən ilin əvvəllərində paytaxtın mərkəzində-"Nizami" küçəsində “Əli və Nino”nun mağazasında baş vermiş oğurluğu açaraq, təqsirkar şəxsləri məsuliyyətə cəlb ediblər".

Orxan Mansurzadə N.Köçərlinin fevralın 15-də məsələnin geniş formatda müzakirəsi üçün Nəsimi RPİ-yə dəvət edildiyini, amma bundan imtina etdiyini bildirib: “Və nəhayət, N.Köçərli ilə söhbət bir gün sonra rəis müavini, İdarənin İstintaq və Cinayət axtarışı şöbələri rəislərinin iştirakı ilə Nəsimi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin kabinetində baş tutub. İndi bilərəkdən özünü ictimai rəyə mədəni, İdarə rəhbərliyini guya kobud şəkildə təqdidm etməyə çalışan xanım öz əsassız və məntiqsiz ittihamları ilə növbəti dəfə əsib-coşub və belə "mədəni" davranışı ilə təcrübəli polis əməkdaşlarını, sözün həqiqi mənasında, şoka salıb. Söhbət əsnasında N.Köçərli özünə nəzarəti itirib, səsinin tonunu qaldıraraq rəis müavini N. Aslanov barəsində etikadan kənar, normal, mədəni davranışla bir araya sığmayan təhqiramiz ifadələr işlədib və beləliklə, hansı səviyyənin yiyəsi olduğunu ortaya qoyub.

İdarənin rəisi isə bu xanımı etikaya, intizama dəvət etməyə çalışsa da N.Köçərli yenə öz ampluasında olub, sayğısızcasına, nümayəşkaranə şəkildə kabineti tərk edib.

Ona görə N.Köçərlinin Nəsimi RPİ-də guya təhqirə məruz qalması, təhdid olunması barədə söylədiklərinin heç bir əsası yoxdur Onun qabaqdangəlmişlik edərək məlum görüş barədə həqiqəti təhrif etməsi də ictimai rəyi aldatmağa hesablanıb”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM