Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, rayon sakini İntiqam Babayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlə nəticəsində İ. Babayevə bıçaq xəsarəti yetirən şəxsin 1993-cü il təvəllüdlü Əli Məmmədov olması müəyyənləşdirilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.