Hakimiyyət bütü və ya bostan müqəvvasının ömrü nə qədər olur?

07:36 / 12.03.2014

 
Ukraynada bəlli olaylar başlayandan bəri Ermənistanda bu sual səslənir, ona cavablar aranır, müxtəlif təxminlər və ehtimallar səslənir. 2008-ci ilin martın 1-dəki qanlı hadisələrin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılması məsələsi Ermənistan parlamentində müzakirə ediləndə də Kiyevlə bağlı sual səsləndi.
 
Parlamentdəki iclasda həmin suala müxtəlif cavablar səsləndi ki, onların arasında çox axmaq açıqlamalar vardı. Məsələn, Qalust Saakayan dedi: "Ermənistanda Maydan arzulayanlar qoy o hadisəni babasının bostanında təşkil etsin".
 
Əslində Q.Saakyan ağıllı adam olmasa da, Yerevandakı hakimiyyətdə yer almış hiyləgər və məkrli adamların mövqeyini tam çılpaqlığı ilə ortaya qoydu.
 
Bu adamlar dövləti babalarının bostanı sayırlar və eynən bostanda olduğu kimi, dövlətdə də bütün resursları, məhsulları mənimsəyir, ələ keçirir, Ermənistanın milli sərvətini yağmalayır və qarət edirlər. Avtobus marşrutlarından tutmuş iqtisadiyyatın ayrı-ayrı sahələrinin "özəlləşdirilməsi", inhisarlar, oliqopoliyalar, dövlətin sərvəti və xalqın malının quldurcasına qarəti hesabına milyarder olanlar, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan kimi başabəla nuvoriş-"burjua"lar... Dövlət ərkanında yer alanların postlarını özlərindən sonra yaxın bildikləri adamlara, əksər hallarda isə qohumlara və hətta ailə üzvlərinə təhvil vermələri dövlətin bostan sayılmasıdır.
 
Vətəndaşın onun haqlarını pozub hüquqlarını ayaqlar altına salan hakimiyyətə qarşı etiraz etdiyi, milli sərvətin qarət edilməsinə yol verməməyə çalışdığı, oğurluq və korrupsiyaya mübarizə elan etdiyi Maydan isə olmaz.
 
Çünki Maydan oğru və ləyaqətsiz hakimiyyətin sonu oldu.
 
Yerevanda isə Serj Sarkisyan iqtidarına meydanda insanların meydan oxumaları qonşu ölkədəki hakimiyyətinin sonunun əvvəli olardı.
 
Amma hakimiyyətdəki məxluqları dövləti öz bostanları saydıqları və vətəndaşları da həmin bostanda yaşayaraq çalışan qullar qismində gördükləri dövlətlərdə kütlə mütləq şəkildə sonucda daşmış səbr kasasını qıraraq meydanlara çıxır. Çıxışlar əksər hallarda qanla suvarılsa da, qəddarlıqla qorxu arasında qalanların iqtidarı çökür.
 
Ermənistanda da "dövlət bizim bostanımızdır" deyənlər ölkəni idarə etdiklərindən Kiyevdəki hadisələrin təkrarlanmasının ehtimalı günbəgün artır.
 
Kütlə artıq etiraz aksiyalarının olub-olmayacağını yox, hansı formada keçirilməsinin daha effektiv nəticələr verə biləcəyini müzakirə edir.
 
Belə müzakirələrin aparılması əslində pis situasiya deyil, çünki istənilən halda Ermənistanda onillərdən bəri hakimiyyət dəyişikliyinə can atan kütlə iqtidarların dəyişməsinə və onları idarə edən dəstələrin fərqlənməsinə rəğmən effektiv mübarizə üsulları ilə metodlarını hələ də tapa bilmirlər.
 
"Maydan müzakirələri" də yalnışdır. Sualın qoyuluşu düzgün olmadığı üçün.
 
Ukraynadakı hadisələrin Ermənistanda təkrarlanması ilə bağlı diskussiyaların bünövrəsində Maydandakı proseslərin Yerevanda inikası nəzərdə tutulur. Halbuki Serj Sarkisyan iqtidarına qarşı kütləvi və ən başlıcası, effektiv etiraz aksiyalarının başlanması, onların mümkünlüyü Ukrayna və ya hər hansı başqa ölkədəki proseslərlə heç bir halda eyniləşdirilməməlidir.
 
İstənilən bənzətmə, analogiyalar yalnız zərər verə bilər. Necə ki, illər əvvəl postsovet məkanının bir sıra ölkələrindəki "məxməri", "qızılgül", "lalələr", "narıncı" və s. adlı inqilablar, etirazlar, çevrilişlərin hər birindən sonra elə həmin olayların Ermənistanda yaşanacağı düşünülürdü.
 
Hər dəfə də erməni müxalifətçiləri bəhs etdiyimiz proseslərin kökündə duran səbəbləri tam araşdırmadan onların təkrarlanacağını, daha doğrusu, etiraz aksiyalarını təkrarlayacaqlarını deyirdilər.
 
Və bəlli cəhdlər də olunurdu. Di gəl, bu adamlar nədənsə hakimiyyəti idiot və oliqofren fərdlər yığını saydıqlarından qarşı tərəfin potensialını, imkanlarını və bəlli proseslərdə necə davranacağını tam dəqiqliklə hesablaya bilmədiklərindən hər dəfə uduzurdular.
 
Halbuki Ermənistanda xalqın dəstəkləmədiyi, nifrət etdiyi hakimiyyət var. Serj Sarkisyan iqtidarı heç bir halda dövlət idarəetməsində vətəndaşların kağız üzərində yox, real iştirakını istəmədiyindən müxtəlif seçkilərdəki məzhəkələr vasitəsilə demokratik seçim görüntüsü yaradır, səsvermə başa çatandan sonra isə inzibati resursların var gücü ilə işləməsini dayandıraraq repressiyalara başlayır.
 
Əvvəl vədlər, sonra isə cəzaları görən kütlə də hər dəfə pərişanlığa düçar olur, müxalifətin bacarıqsızlığı, zəifliyi və hətta ən önəmli məqamlarda prinsiplərinə tüpürərək iqtidarda kuluar sövdələşmələrinə getdiyini görür.
 
Məhz bu səbəbdən Ermənistanda xalq iqtidara nifrət edirsə, müxalifətə dərin şübhə ilə yanaşır və kütləvi etiraz aksiyalarına çağırışlara inanmır.
 
Dəfələrlə aldadılmış insanın yenidən köhnə yalanlara hədəf olunması bir qədər absurd prosesi təsiri bağışlasa da, erməni müxalifətçiləri yalnız taktika düşündürdüyündən, onlar uzunmüddətli strategiya ilə bağlı heç bir hesablamalar aparmırlar.
 
Daha sadə desək, Ermənistandakı müxalifəti "Sarkisyandan sonrakı dövr" maraqlandırdığından planlar və ssenarilər sabahla kifayətlənir. Sabahdan sonrakı günlə bağlı heç bir plan yox.
 
Cəmiyyətin davranışı statik, siyasi müxalifət isə ləkəli və yalançı olduğu halda Ermənistandakı iqtidarın özünü rahat hiss etməsi də yanlışdır.
 
Serj Sarkisyanın real opponentləri özlərini dəfələrlə biabır etmiş müxalifət siyasətçiləri və illah da ki müxalifət liderliyi iddiasında olan siyasi alverçilər yox, adi insanlardır.
 
Hər gün çörəklə imtahana çəkilən, hüquqları pozulan, məmur özbaşınalığından və ən müxtəlif problemlərin həll olunmayaraq bəla səviyyəsinə çatmasından usanan, işsizlik və yoxsulluqdan zinhara gələn insanlar.
 
Maydan kimi hadisələrin əsas effekti də onların əvvəlcədən anons edilməməsi, bu barədə bəyanat və ya bildirişlərin olunmamasıdır.
 
S.Sarkisyan iqtidarı əmindir ki, Ermənistanda kütləvi etirazlar dalğası olmayacaq. Şübhələnsəydi, qabaqlayıcı tədbirlərə əl atardı.
 
Əslində bütün yaramaz hakimiyyətlər belə düşünür və günlərin birində təxminləmədikləri nifrətli aksiyalarla qarşılaşırlar.
 
O aksiyalar da rüşvətxor, qəddar, oğru və quldur hakimiyyətin sonu olur. Normal iqtidarı olan ölkələrdə hakimiyyət həminə "X günü"nü fikirləşir və bu səbəbdən də siyasi, dövlət sistemləri vətəndaşların əsəblərini tarıma çəkməklə məşğul olmur.
 
Ermənistanda da hakimiyyət düşünə bilərdi.
 
Lakin bostan məhsullarının intellektual qabiliyyəti bəlli.../Milli.Az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM