Əli Həsənov: "BMT və dünya birliyi həqiqət axtarışlarına lazımı dəstək verə bilmir"

15:50 / 17.02.2016

 "Çox təəssüf ki, bəşəriyyət qanlı Xocalı faciəsinə şahidlik etdi və susdu. Xocalı faciəsi 26 fevral 1992-ci ildə törədilməsinə baxmayaraq, bu haqda həqiqətləri, real faktları, törədilmiş faciənin ümumi əhatəsini, bir xalqa qarşı törədilmiş etnik soyqırımın bütün dəhşətlərini Azərbaycanın səyi, xarici tərəfdaşlarımızın iştirakı ilə yalnız son illərdə dünyaya çatdıra, faciəyə real qiymət verilməsinə nail ola bilmişik".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Atəşkəs" filminin təqdimatındakı çıxışında deyib.

 

Ə. Həsənov bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıdana qədər - 1992-1993-cü illərdə Xocalı, 20 Yanvar qırğınlarına və digər hadisələrə Azərbaycanda siyasi maraqlar çərçivəsində yanaşılıb, baş verənlərə real qiymət verilməyib: "Bu faciənin əsl səbəbkarlarının adı çəklməmişdi, hadisəni törədənlərin məqsədi bəşəriyyətə və Azərbaycan xalqına çatdırılmamışdı. Yalnız 1993-cü ildə ümummilli lider hakimiyyətə qayıdandan sonra Azərbaycan xalqına qarşı törədilmiş hadisələr özünün real və hüquqi qiymətini aldı. Eyni zamanda Azərbaycan dövlətinin ixtiyarında olan daxili, xarici resurslar vasitəsilə bu faciə xarici ölkələrə çatdırıldı. Son 5 ildə bu iş daha intensiv həyata keçirilir. Xocalıda yaşananlar Azərbaycan prezidentinin xüsusi proqramına uyğun olaraq, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, diaspora strukturları, o cümlədən Heydər Əliyev Fondu, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün dünyaya çatdırılır. Biz dünyaya 26 fevralda Xocalıda hansı hadisələrin yaşandığını, bunun təməlində nəyin dayandığını çatdırmaq istəyirik.

 

Azərbaycan xalqına qarşı etnik soyqırım həyata keçirilib. Bunu da hazırda Ermənistana rəhbərlik edən bəzi şəxslər, o cümlədən Ermənistanın prezidenti də daxil olmaqla, Cənubi Qafqazda etnik separatçılıq hərəkatını başlayan və bu fonda bütün Qafqaz, postsovet məkanına qarışıqlıq gətirən, xalqları bir-birinə qarşı qaldıran, etnik təmizləmə siyasəti aparan bir qrup həyata keçirib. Biz əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla, heç də Azərbaycanda və bəşəriyyətdə erməni xalqına nifrət aşılamırıq. Biz erməni xalqını bu gün də düşmənimiz saymırıq. Amma erməni xalqının üzərində hakimiyyətə gələn və cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən cinayətkar insanları dünyaya tanıtmaq istəyirik. Erməni xalqının özü də bu insanlardan az çəkməyib."

 

Ə. Həsənov bildirib ki, tarix boyu mövcud olan imperiyalar arasında müharibələr yaşanıb, Cənubi Qafqaza demək olar ki, əksər imperiyaların qoşunları ayaq basıb: "Bu ordular ayrı-ayrı vaxtlarda Azərbaycanı da işğal ediblər. Amma Cənubi Qafqaza ayaq basan heç bir qoşun ermənilərin törətdiyi vəhşilikləri törətməyib, bir gecənin içində bu qədər insana divan tutmayıb. Heç bir imperiya burada xalqlar arasında qırğınlara rəvac verməyib, bunu Cənubi Qafqaza yalnız ermənilər gətirib. Ermənilər özləri də bu qırğınlardan az çəkməyiblər, amma bütün dövrlərdə xalqları bir-birinə savaşdıraraq, bundan öz siyasi ambisiyaları üçün istifadə ediblər. Bizim dünyaya çatdırmaq istədiyimiz həqiqətin təməlində bir də bu dayanır".

 

O, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağproblemi və onun fəsadlarına qiymət verdiyini xatırladıb: "Dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və sivil dünyaya meydan oxuyaraq bu gün bəşəriyyətin iradəsinə qarşı çıxması tendensiyasını dünyaya çatdırıb.

 

BMT-nin 4 qətnaməsini Ermənistan neçə illərdir ki, həyata keçirmir. Bu nə deməkdir? Bu o deməkdir ki, BMT və dünya birliyi həqiqət axtarışlarına hələ də lazımı dəstək verə bilmir. Bu o deməkdir ki, BMT hələ də öz funksiyalarını sona qədər yerinə yetirib, xalqların, dövlətlərin, millətlərin bu təşkilata etimad üzərində qurulmuş dünya idarəçilik sistemini lazımı səviyyəyə qaldıra bilmir. Bu o deməkdir ki, BMT-nin də bilavasitə iştirakı ilə yaranmış Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinə ikili standartlar çərçivəsindən yanaşaraq, haqqı haqq, nahaqqı nahaq kimi dəyərləndirə bilmir. Bütün bunların nəticəsidir ki, 24 ildir, biz Dağlıq Qarabağ faciəsinin nəticələrini aradan qaldıra, öz yurd-yuvasından didərgin salınmış Azərbaycan vətəndaşlarını geri qaytara, Cənubi Qafqazda sülhə, barışa nail ola bilmirik. Bunun da fəsadları bölgəni, Avropanı və dünyanı bürüyüb".

 

Ə. Həsənov son 25 ildə Cənubi Qafqazda yaşanan proseslərin, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb: "Bununla, gələcəkdə belə hadisələrin təkrarlamasının qarşısını almalıyıq. Xüsusi vurğulamaq istəyirəm ki, biz bütün bu hadisələri bəşəriyyətə çatdırmaqla, hər il bunların ildönümünü qeyd etməklə, son 5 ildə ciddi nəticələr verən bu kampaniyaları aparmaqla, bundan sonra belə hadisələrin baş verməsinin qarşısını almaq istəyirik. Erməni xalqının özünü də törətdikləri, onları təmsil edən, mandatını almış insanların əməlləri ilə tanış etmək istəyirik. İstəyirik ki, bir daha belə bəşəri cinayətlər baş verməsin, xalqlar məskunlaşdığı ərazidə sülh, qarşılıqlı anlaşma şəraitində yaşasın, onların arasına nifaq salınmasın, müharibələr törədilməsin". 

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM