Strategiya.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, M.Taşkının hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12 min ABŞ dolları aşkar edilib.