Əvvəllər iştirakçıların nəticələri kombinasiya edilmiş şəkildə - peşəkar münsiflər heyəti və tamaşaçıların səsverməsinə əsasən hesablanırdı. Beləliklə, hər ölkənin nümayəndələri 10 iştirakçıya səs verirdi.
Yeni qaydalara əsasən, hər ölkədən olan münsiflər və tamaşaçılar mügənniləri ayrıca şəkildə - 1-12 ballıq sistemdən istifadə edərək qiymətləndirəcəklər.
Nəticələr elan ediləndə, ilk növbədə, münsiflərin, sonra isə tamaşaçıların seçimi səslənəcək. Yekun nəticələrin elanı ən az bal toplamış ifaçılardan başlayacaq.
"Eurovision 2016" musiqi yarışması Stokholm şəhərində "Qloub" arenasında keçiriləcək. Yarımfinallar mayın 10 və 12-də, final isə mayın 14-də olacaq.
Qeyd edək ki, keçən ilin may ayında Avstriyada keçirilən "Eurovision 2015"-in qalibi isveçli müğənni Mons Selmerlev olub.
Strategiya.az