Onun sözlərinə görə, bu gündən yenidən dərsə qayıdan hər iki şagird üçün psixoloq təyin edilib: "Psixoloqlar məktəbin hesabına təyin edilib, şagirdlərin valideynlərinə heç bir aidiyyəti yoxdur. Hər iki şagirddə psixi gərginliyi aradan qaldırmaq üçün çalışırıq".
S.Abdullayeva bildirib ki, valideynlərdən biri uşağını məktəbdən çıxarmaq istəyir. Anası istəyib ki, hadisədən sonra uşaq mühitini dəyişsin. Digər şagirdimiz isə hazırda psixoloq nəzarətindədir.
Xatırladaq ki, fevralın 17-də Bakının Nizami rayonundakı 32 saylı orta məktəbin 5-ci sinif şagirdləri İsmayıl Şəfiyev və Şamil Babayev dərsdən çıxsalar da, evə getməyiblər. Valideynlərinin müraciəti əsasında Nizami rayon Polis İdarəsi tərəfindən şagirdlər axtarışa verilib və fevralın 18-də onlar Hövsan qəsəbəsindən tapılaraq ailələrinə təhvil verilib.
Strategiya.az