Missioner latın mənşəli sözdür. Sözün kökündə göndərmək mənası daşıyan missiya kəlməsi dayanır. Missiya vəzifə - tapşırıq, missioner isə bu vəzifəni və ya tapşırığı icra edən adam deməkdir. Həzrəti İsanın çarmıxa çəkilməzdən öncə dünyanın dörd bir tərəfinə xristianlığı yaymaq üçün göndərdiyi həvariləri bəşəriyyətin ilk missionerləri hesab olunurlar. Belə demək mümkündürsə missionerlik vəzifəsinin yaranması xristianlığın doğuşu və təşəkkülü ilə birbaşa əlaqədardır.
Sonradan missionerlik bir məktəb olaraq formalaşdı və müstəmləkəçilik ənənəsinin əsasını qoydu... Bir-biri ilə rəqabətdə olan dövlətlər öz nüfuz dairələrini genişləndirmək üçün missioner yetişdirməyə başladılar. 1612-ci ildə Vatikanda missioner nazirliyi, ardınca isə missioner məktəbi yaradıldı. Ümumiyyətlə götürdükdə isə ən böyük missioner təşkilatları İngiltərədə yarandı. 1646-cı ildə Londonda yaradılan xristianlığı yayma cəmiyyəti xristian dünyasında böyük maraq doğurdu və 19-cu əsrin başlarında artıq Avropada müxtəlif adlar altında 7 min xristianlığı yaymaq üçün çalışan cəmiyyəti var idi. Missionerliklə dövlət siyasəti səviyyəsində məşğul olan dövlətlərin izlədikləri yol demək olar ki, eyni idi. Müsəlman ölkələrində öz dindaşlarını təşkilatlandırmaq, onları mərkəzdənqaçma meyllərinə cəlb etmək və sonra da onların pozulan hüquqlarının müdafiəsi üçün səfərbər olmaq... Eyni ilə İslam dinində olduğu kimi, xristianlıqda da təriqətləşmə olduğu üçün, xristian dövlətlərin fəaliyyət sahəsi bir neçə yerə ayrılırdı. Fransa və Avstraliya katolikliyin, Rusiya ortadoksluğun, İngiltərə və Amerika isə protestantlığın yayılması üçün əlindən gələni edirdi. Baxmayaraq ki, protestantlıq İngiltərədə yaranmışdı, məhz Amerikanın bayrağı təhvil alması ilə bu təriqət sürətlə yayılırdı... İngilis protestant missionerləri daha çox Yaxın Şərq üzərində çalışırdılar, Amerikalı missionerlər üçün isə Anadolu torpaqları (Sonradan Türk dünyası) daha cazibədar idi. 1810-cu ildə Bostonda qurulan “American Board of Commissioneres For Foregin Missions” (American Board) adlı missioner təşkilat qısa zamanda Anadoluda öz nüfuz şəbəkəsini yaratmağı bacarmışdı. Əlbəttə ki, bütün bu proseslərin kökündə imperialist maraqlar dururdu...
Missioner o zaman tapşırığa hazır hesab edilirdi ki, o, gedəcəyi ölkənin dilini, mədəniyyətini, tarixini, çatışmayan cəhətlərini mükəmməl bir şəkildə mənimsəyirdi. Bundan sonra ondan fəaliyyət planı tələb olunur və missionerin fəaliyyətinin həmin ölkənin zəif yönləri üzərində qurulmasına diqqət edilirdi. Missioner təşkilatında yetişmiş bir ingilis missioner öz memuarında belə yazırdı: “Missionerlər uşaq yaşlarından təlimə cəlb edilir, gələcəkdəki fəaliyyət istiqamətləri müəyyənləşdirilir və buna uyğun olaraq təhsil alırlar. Belə ki, İngiltərə missioner cəmiyyəti hər il orta məktəb tələbələri arasında sorğu keçirir, onların ən istedadlılarını seçir və gələcək məqsədləri üçün müxtəlif ölkələrdə yetişdirir”. Missioner təşkilatları öz fəaliyyətləri üçün adətən yoxsul, dövlətçiliyi tam möhkəmlənməmiş və yaxud böhran yaşayan ölkələri seçirdilər. Çünki belə olduğu halda o dövlət müqavimət göstərə bilmirdi. Missionerin qarşısında duran ən böyük vəzifə ustalıqla üzvünə çevrildiyi milləti öz kökündən qoparmaq, milli-mənəvi dəyərlərinə yadlaşdırmaq və bu millətin şüuraltına yeni (öncədən müəyyən olunmuş) kimlik yeritmək idi.
Missionerliyin tarixi inkişafı, günümüzə qədər qət etdiyi yol və fəaliyyət istiqamətinə baxdığımız zaman onu üç yerə bölə bilərik.
- Dinc missionerlik
- Hərbi missionerlik
- Siyasi missionerli
Dinc missionerlik
İlkin xristianlığı yaymaq üçün səfərbər edilmiş missionerlər öz missiyalarını sadəcə təbliğat yolu ilə həyata keçirməyə çalışırdılar. Onlar İsa peyğəmbərin əmrinə uyğun olaraq dünyanın dörd bir tərəfinə dağılmışdılar və öz şagirdlərinə xristianlığı aşılamağa çalışırdılar. İlk missionerlər silah əvəzinə sözə, səngər əvəzinə isə etiqadlarına güvənirdilər. Missionerliyin pionerləri sayılan bu insanların taleyi heç də öz peyğəmbərlərinin taleyindən fərqlənmədi. Yeni bir din anlayışı ilə qarşılaşan kütlənin müqavimətini qırmaq asan olmadı, – kütlə öz inanc sisteminin təhqir olunduğunu düşünürdü - qısa zamanda isə bu müqavimət hissi qəzəb hissinə çevrildi...Buna baxmayaraq bəlkə də missionerliyin ən məsum dövrü bu dövr idi...
Hərbi missionerlik
Xristianlıq tədricən aşağı təbəqələrdən yuxarı doğru genişləndikcə dövlətlər də - Başda Roma imperiyası olmaqla bir-birinin ardınca xristianlığı dövlət dini olaraq qəbul etməyə başladılar. Və onlar tezliklə başa düşdülər ki, xristianlıq təkcə etiqad məsələsi deyil, eyni zamanda dövlətin öz təsir dairəsini genişləndirməsi üçün əlverişli bir vasitədir. Məhz bu andan sonra missionerlik xüsusi əhəmiyyət daşımağa başladı. Dövlətin mənfəətdən doğan missionerlik cəhdləri onun hərbi gücü ilə birləşdiyi zaman ortaya hərbi missionerlik anlayışı çıxdı. Söz yox ki, hərbi missionerlik dediyimiz zaman insanın ağlına ilk gələn Səlib yürüşləri olur. Səlib yürüşləri xristian missionerliyinin ana qayəsinin nə olduğunu açıqlayan ən böyük tarixi sübutdur. Qüdsü azad etmək, “müqəddəs torpaqları” xristianlara geri qaytarmaq uğrunda başlanan bu səfərlər əslində din pərdəsi altına sığmış işğal yürüşləri idi. Əgər dinc missionerin bir əlində İncil, bir əlində əsa var idisə, hərbi missionerin bir əlində İncil, digər əlində isə qılınc var idi. Sonradan eyni siyasət yeni kəşf olunmuş torpaqlarda da həyata keçirildi. Yerli əhali ya xristianlaşdırıldı, ya da tamamilə qılıncdan keçirildi. Ümumiyyətlə, Qərbin müstəmləkə siyasəti tamamilə hərbi missionerlik üzərində qurulmuşdu.
Siyasi missionerlik
Dinc missionerliyin təsirsiz olduğu, hərbi missionerliyin isə arzu olunan olmadığı dövrdə missionerlik məcburən yeni “əba”ya büründü. Bunu siyasi missionerlik deyə də adlandıra bilərik. Siyasi missionerlər yeni konsepsiyalar hazırlayıb öz fəaliyyətlərini ona uyğun qururlar. Onlar üçün qarşılarına qoyduqları məqsədə çatmağın ən optimal yolu məktəblərdən keçir. İşğal etmək istədikləri və ya təsir altına salmaq istədikləri ölkələrdə yeni məktəblər qurmaq və burada öz məqsədlərinə uyğun kadrlar yetişdirmək onların fəaliyyətinin ana xəttini təşkil edir. Henry Jessup adl bir missioner təhsil haqında öz fikirlərini belə ifadə edirdi: “Missionerliyin müvəffəqiyyətinin əsas təminatçısı məktəblərdir. Məktəblər bizim üçün məqsəd deyil, sadəcə vasitədir”. Məktəblərlə yanaşı, tibbi xidmət, mətbəələrin qurulması, media qurluşlarının yaradılması, müxtəlif humanitar yardım təşkilatları da siyasi missionerlərin maraq göstərdiyi sahələrdəndir. Bir nüansı da qeyd edim ki, əvvəllər missionerlər din xadimlərindən seçilsələr də sonradan bu ənənə pozuldu. Dövlət maraqları kilsə maraqlarını üstələdikcə, missionerliyin dini mahiyyəti arxa planına keçməyə başladı. Kilsə öz rolunu dövlətə təhvil verdi.
Cryus Hamlin və Fətullah Gülən: yorulmaz missionerlər
Cryus Hamlin Türkiyədəki məşhur Robert kollecinin qurucusu kimi tanınır. O, eyni zamanda məşhur Amerika protestant missioneridir. Qatı protestant bir ailədə doğulan və boya-başa çatan Hamlini “American Board” təşkilatı təsadüfi yerə seçməmişdi. Öz praktik zəkası ilə həmişə digərlərindən seçilən Hamlin, Osmanlı imperiyasının çatışan və çatışmayan cəhətlərini əla bilirdi. 1839-1863-cü illərdə Anadoluda yaşayan Hamlin Osmanlı dövlətinin xəstə durumundan da böyük məharətlə yararlanaraq Amerikan missionerlik sistemini dini müstəvidən dünyəvi müstəviyə daşıdı və onun İstanbulda yaratdığı Robert kolleci isə bu gün Türk liseyi dediyimiz Gülən kollecləri üçün ilham qaynağı oldu. Əslində Hamlin Robert kollecindən əvvəl Bəbək İlahiyyat Məktəbini yaratmışdı. Burada məqsəd Türkiyənin xristian azlıqlarını protestantlığa cəlb etmək idi. Rusiyanın və Eçiməzdin kilsəsinin ciddi narazılıqları ilə üzləşən Hamlin çox keçmədən başa düşdü ki, din amili onun əl-qolunu bağlayır və fəaliyyət dairəsini məhdudlaşdırır. Bundan sonra o dünyəvi təhsilin tədris edildiyi Robert kollecini yaratdı ki, bura da gələcəkdə türk şagirdlər də cəlb olunmağa başladılar. Sonradan Bolqarıstanda Osmanlı imperiyası əleyhinə başlayan hərəkata məhz Robert kollecinin bolqar mənşəli məzunları rəhbərlik etdilər. Bu hərəkat isə Bolqarıstanın Osmanlıdan qopması ilə nəticələndi. Dahi missionerin zəhməti öz bəhrəsini verirdi...
Hamlin eyni zamanda çox ağıllı bir iş adamı idi. O, missionerlik fəaliyyəti ilə yanaşı öz biznesini də qurmuşdu. Hamlin “American Board”dan pul almaqla yanaşı, öz ticari şəbəkəsindən də pul qazanırdı. O, başa düşürdü ki, ideologiya pula söykənməlidir. Tədrisin ingilis dilində aparıldığı Robert kollecində dərs deyən müəllimlər isə adətən Amerikanın ən peşəkar casusları idilər...
Bu gün Türkiyənin ən məşhur ingilisdilli Boğaziçi Universiteti məhz Robert kollecinin törəməsidir...
Beləliklə, Hamlinin sayəsində Amerikan protestant missionerliyi yeni sima və sahə qazandı...
Bu təhsil idi...
Türkiyəni Amerikanın və ya Qərbin bir əyaləti olmaqdan isə Atatürk qurtardı. O, təkcə hərbi işğalın qarşısını almadı, eyni zamanda mədəni işğalı da durdurdu. Təhsil də daxil olmaqla dövlətin bütün strukturlarını milliləşdirdi. Missionerliyin qarşısında dura biləcək yeganə qüvvənin Milli düşüncə və Milli özünüdərkin olması Atatürkə də aydın idi. Türkiyənin milli immuniteti yuxarı qalxdıqca missionerlik geri çəkildi...
Atatürkdən sonra Türkiyədə geniş vüsət alan təriqətçilik Amerika missionerləri üçün göydən düşmə fürsət oldu. Artıq Amerikan protestant missionerliyinin yeni ünvanı Fətulla Gülən hərəkatı (Hizmət hərəkatı) idi.
Azərbaycan müstəqilliyin ilk illərində sarsıntılı dövr keçirirdi. Hələ dövlət strukturları öz fəaliyyətlərini tam yerinə yetirə bilmirdilər. Sovet İttifaqının dəmir pərdəsi yeni qalxmışdı və Azərbaycan mədəni dünyaya inteqrasiya olmalı idi. İstənilən qarşılıqlı əlaqə Azərbaycan tərəfindən xoşniyyətlə qarşılanırdı. Köməyə ehtiyac hiss olunurdu...
Bu vəziyyətdən sui-istifadə edilirdi...
İrandan axın-axın məkrli missionerlər gəlir, bir-birinin ardınca Quran kursları və dini mədrəsələr açırdılar.
Ardınca Türkiyədən...
Biriləri okeanın o tayından Azərbaycanda olub-bitənləri diqqətlə izləyirmiş demək ki...
Sovet təhsil sistemi imperiyanın özü kimi iflas etmişdi. Ölkənin milli təhsil konsepsiyası isə hələ işlənməmişdi. Orta məktəblər doğru-dürüst fəaliyyət göstərə bilmir, əyani vəsait tapılmırdı. Məhz bu dövrdə Naxçıvanda ilk Türk liseyi açıldı. Yüksək keyfiyyətli təhsil və nizam-intizam yerli əhali arasında böyük marağa səbəb oldu. Sovet dövrünün informasiya blokadasından yeni çıxmış, duyğuları hələ saf olan Azərbaycanlılar gələnləri xoş niyyətlə bağırlarına basdılar.
Ardınca Ordubad Qız Liseyi açıldı. Yeniyetmə qızlar hicab bağlamağa başladılar. “Sonsuz Nur” kitabları və “Sızıntı” jurnalı əldən ələ gəzməyə başladı...
Kitab rəflərində Səid Nursinin risalələri Azərbaycan klassiklərinin əsərləri ilə yanaşı qoyuldu və bəzən də onları sıradan çıxartdı.
Mirzə Fətəli Axundov, Əli Bəy Hüseynzadə və başqa Azərbaycanın milli-mədəni irsinin sütunları olan nəhəng insanların yaradıcılığı sadəcə test sualları çərçivəsində öyrədildi.
Səid Nursi, Fətulla Gülən və başqa natamam təhsilli, feodal təfəkkürlü insanlara isə məhəbbət aşılandı.
Ordubad Qız Liseyinin məzunlarının əksəriyyəti xidmətin “abi”ləri ilə ailə qurmağa başladılar...
Allah ilə aldadanlar qısa müddətdə öz biznes şəbəkələrini də qurdular. Tədricən Fətulla Gülənin təhsil və biznes imperiyası Azərbaycanı öz ağuşuna aldı. Orta məktəblərdən ən istedadlı şagirdlər seçilərək liseylərdə təhsilə cəlb edildi. Təhsil haqqının yüksək olmasından dolayı liseydə təhsil alan şagirdlərin əksəriyyətinin imkanlı ailələrdən olması da Gülənin işinə yaradı. Çox asan bir şəkildə Azərbaycan aristokratiyasına çıxış əldə edildi. Gülən də Hamlin kimi pula vasitə kimi baxırdı. Məqsəd insan qazanmaq idi...
Türkiyədə Robert kollecindən Boğaziçi Unversitetinin doğduğu kimi, Azərbaycanda da türk liseylərinin məntiqi davamı olaraq Qafqaz Unversiteti yaradıldı. “F” tipli təhsil təmin edildi...
Ssenari dəyişməyib. Sadəcə Hamlinin yerini Gülən tutub...
“Bir əli bilgisayarda, bir əli Quranda olan qızıl nəsil yaratmaq” - Fətulla Gülənin devizi budur.
Bunu tam olaraq belə oxuya bilərik: “Bir əli bilgisayarda, bir əli Quranda, gözü isə hakimiyyətdə olan qızıl nəsil...”
Bizə lazım olan isə budur: “Bir əli Konstitusiyada, bir əli bilgisayarda, milli düşüncəyə sahib olan qızıl nəsil...”
Ermənilər torpağımızı, Gülən isə gənclərimizin beynini işğal etdi...
Bu xəmir hələ çox su aparacaq
Tək çıxış yolu milli din, milli təhsil, modern Azərbaycançılıq konsepsiyasının işlənməsi və həyata keçirilməsidir.
Bəhruz Həsənli
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM