Strategiya.az bildirir ki, mərhum Roma Papası John Paul II -un ərli qadınla 30 ildən artıq sürən çox yaxın münasibətlərindən xəbər verən yüzlərlə məktub və fotoşəkil BBC redaksiyasına təqdim olunub.
Polşa əsilli Amerika filosofu Anna-Teresa Tymieniecka-nın məktubları illər boyu Polşa Dövlət Arxivində gözdən uzaq saxlanıb.
Bu sənədlər 2005-ci ildə vəfat etmiş müqəddəs atanın çox nadir hallarda görünən tərəfinə işıq salıb.
Papanın evlənməmək əhdini pozduğunu göstərən heç bir dəlil yoxdur.
Onların dostluğu 1973-cü ildə, Tymieniecka gələcək Papa, Krakov arxiyepiskopu kardinal Karol Wojtyla ilə görüşüb keşişin yazmış olduğu fəlsəfə kitabını müzakirə etmək istəyərkən başlanmışdı.
O vaxtlar 50 yaşlı amerikalı qadın Polşaya işlə əlaqədar səfər etmişdi.
Image caption
Bundan az sonra onlar məktublaşmağa başlamışdılar. Başlanğıcda kardinalın məktubları rəsmi xarakter daşıyırdı, lakin dostluq dərinləşdikcə məktublar daha məhrəm olmağa başlayıb.
Onlar kardinalın “Icraçı” (Acting Person) kitabının genişləndirilmiş versiyası üzərində birlikdə işləməyi qərara almışdılar. Onlar dəfələrlə, çox vaxt kardinalın katibinin iştirakı ilə, bəzən isə təklikdə görüşmüşdülər. Aralarındakı məktublaşma isə ara verməmişdi.
1974-cü ildə o yazırdı ki, xanım Tymieniecka-nın bir ay ərzində göndərdiyi dörd məktubu təkrar-təkrar oxuyur, çünki bu məktublar “məzmunca dərin və şəxsi idi”.
Əvvəllər heç vaxt üzə çıxarılmamış fotolarda Karol Wojtyla çox asudə görünür. O, xanım Tymieniecka-nı kənd yerlərində gəzintilərə və xizək tətillərinə dəvət edirdi. Xanım Tymieniecka hətta onun qrupla düşərgə səyahətinə də qoşulmuşdu.
Bəzi fotolarda onların Vatikanda görüşdükləri əks olunub.
"Bu fotolarda 20-ci əsrin bir ovuc nəhəng fiqurları əks olunub. Bu fotolarda katolik kilsəsi başçısının çox cazibədar bir qadınla sıx münasibətlərini görürük” – deyir Cambridge Universitetinin xristianlıq tarixi professoru Eamon Duffy.
1976-cı ildə kardinal Wojtyla ABŞ-da keçirilən katolik konfransında iştirak etmişdi. Xanım Tymieniecka onu istirahət üçün New England-dakı ailənin bağ evinə dəvət etmişdi.
Qadının məktubları onların arasındakı münasibətlərin son dərəcə yaxınlığını göstərirdi, çünki kardinalın da məktubları onun xristianlıq vəzifələri fövqündə bu münasibətlərə məna vermək çırpıntıları keçirdiyini büruzə verirdi.
1976-cı ilin sentyabr tarixli məktublarından birində kardinal yazırdı: “Əzizim Teresa, üç məktubun hamısını aldım. Yazırsan ki, ikiyə parçalanırsan, lakin sənin bu sözlərinə mənim cavabım yoxdur”.
Bununla belə o, Teresa-nı “Allah hədiyyəsi” adlandırırdı.
BBC xanım Tymieniecka-nın heç bir məktubunu görməyib. Belə güman edilir ki, bu məkrubların surətləri onun ölümündən 6 il əvvəl, 2008-ci ildə Polşa Dövlət Arxivinə satılıb.
Lakin BBC redaksiyasına təqdim edilmiş məktubların arasında Tymieniecka-ya aid olanları yox idi. Polşa Dövlət Arxivi bu məktubların orada saxlanıldığını təsdiq etməyib.
Məktubların satılması barədə danışıqalr aparmış nadir əlyazmaları dəllalı Marsha Malinowski deyir ki, o münasibətlərin erkən mərhələsində xanım Tymieniecka-nın kardinal Wojtyla-ya vurğun olduğuna əmindir. “Məncə bu, onların məktublarında tamamilə əksini tapıb” – deyib ekspert.
Məktublardan bəlli olur ki, kardinal Wojtyla xanım Tymieniecka-ya özünün ən dəyərli təbərrüklərindən birini – skapyular kimi tanınan ikonalı sinəbəndini bağışlayıb.
Image caption
10 sentyabr 1976-cı il tarixli məktubunda kardinal yazırdı: “Mən sənə məxsusam və nəhayət Polşanı tərk etməzdən əvvəl çıxış yolu tapmışam: bu bir sinəbənddir. Bu elə bir ölçüdür ki, burada mən səni bütün situasiyalarda qəbul və hiss edirəm. İstər sən uzaqda, istərsə də yaxında olanda”.
Papa olandan sonra isə o belə yazmışdı: “Mən mərasimdən sonra yazıram və bu o deməkdir ki, bizim yazışmamız davam etməlidir. Mən sənə söz verirəm ki, səyahətimin bu mərhələsində olan hər bir şeyi xatırlayacağam”.
Kardinal Wojtyla-nın bir neçə qadın dostu olub. O, psixiatr Wanda Poltawska ilə də onilliklər boyu məktublaşıb.
Lakin onun xanım Tymieniecka-ya məktubları bəzən son dərəcə emosionaldır. Bu məktublarda onun bu münasibətin mənası ilə çarpışdığı hiss edilir.
Papa John Paul II 27 illik hakimiyyətdən sonra 2005-ci ildə vəfat edib. O, 2014-cü ildə müqəddəs elan edilib.
Image copyrightPhotograph provided by Bill and Jadwiga SmithImage caption
Qüdsiləşdirmə prosesi adətən uzun və əziyyətli bir işdir, lakin John Paul II müqəddəsliyə cəmi 9 ilin ərzində yüksəlmişdi.
Bir qayda olaraq, Vatikan kimi isə müqəddəsləşdirəndə həmin şəxsin ictimai və şəxsi yazılarının hamısı təftiş edilir, lakin BBC ona verilmiş məktubların belə bir yoxlamadan keçib-keçmədiyini bilmir.
Müqəddəslərin kanonlaşdırılması üzrə Konqreqasiya (The Congregation for the Causes of Saints) bildirir ki, şəxsi sənədlərin açıqlanması hər bir katolikin özünə bağlıdır və burada məcburiyyət yoxdur.
"Biz öz vəzifəmizi icra etmişik, - deyilir qurumun rəsmi bəyanatında, - Ruhani atanın göndərdiyi və mühüm arxivlərdən tapılmış bütün sənədlər lazımınca öyrənilib”.
Polşa Dövlət Arxivi bildirir ki, bu, unikal münasibətlər olub. Arxiv əlavə edib ki, Papa həyatı boyunca çox sayda belə mehriban münasibətlər yaşayıb.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM