Dəhşətli qətl törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Ucar rayon sakini Vüsal Mehdiyevin məhkəməsi başa çatıb.
Strategiya.az teleqraf.com-a istinadən bildirir ki, ittihama görə, Vüsal Mehdiyev 6 dekabr 2014-cü il tarixdə Zərdab rayonunun Dəliquşçu kəndində, qonşuluqda yaşayan Rəşad Zeynalovun mobil telefondan onun həyat yoldaşı Elnurə Manaflının telefonuna zəng etdiyinin şahidi olub. Bir neçə gün sonra isə arvadına Rəşad Zeynalovun intim əlaqə təklif etdiyini eşidib, eləcə də həmkəndliləri arasında namusunu qoruya bilməyən şəxslər barəsində dedi-qodunun ona ünvanlandığını güman edib. Qısqanc ər qonşu Rəşad Zeynalovu öldürmək qərarına gəlib.
O, dekabrın 29-da Rəşad Zeynalov digər tanışlarla birgə özünün "Mercedes Benz" markalı avtomobili ilə Zərdab rayonunun Gəlmə kəndindəki kafeyə gedib.
O, həmin gün saat gecə 12-nin yarısı radələrində idarə etdiyi avtomobildə yaşadıqları Dəliquşçu kəndinə qayıdarkən Rəşad Zeynalovu Zərdabın Hüseynxanlı kəndi ərazisində satlıq xırda buynuzlu heyvanlara baxmaq adı ilə aldadıb və həmin kənd sakini Sahibət Bayramova məxsus əkin sahəsinə aparıb.
Orada Vüsal Mehdiyev təkərin çalaya düşməsini bəhanə edərək Rəşad Zeynalova avtomobildən çıxaraq baxmağı xahiş edib. Bu zaman Rəşada yaxınlaşıb, bıçaqla döş nahiyəsinə zərbə vurub. Zərbələri vurduqca ondan qisas almaq istədiyini də söyləyib. Rəşad qatilin əlindən çıxaraq qaçmağa başlayıb. Amma Vüsal Rəşadın arxasınca qaçaraq tutub, bıçaqla bədəninə daha bir neçə zərbə vurub.
Artıq Rəşad Zeynalovun müqavimət göstərmədiyini görüb, sonda bıçaqla qurbanının baş nahiyəsinə daha bir zərbə endirib. Rəşad Zeynalov aldığı xəsarətlərdən ölüb.
Daha sonra Vüsal Mehdiyev avtomobildə olan yarımlitrlik plastik qabdakı benzini meyitin üzərinə töküb yandırıb.
Vüsal Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, Vüsal Mehdiyevin cəzasının ağırlaşdırılmasını istəyib. Eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib.
Vüsal Mehdiyev isə cəzasının yüngülləşdirilməsini istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmədə Vüsal Mehdiyev ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, mərhum Rəşad Zeynalovla qonşuluqda yaşayıb, həmçinin əvvəllər dostluq münasibətində olublar: "Rəşad arvadıma söz atıb, yaxınlıq təklif edib. Bu sözləri eşitdikdə səbrim tükəndi, onu cəzalandırmaq qərarına gəldim. Buna məqam gözlədim. İşlədiyim mağazadan mətbəx bıçağı götürərək maşınıma qoydum ki, Rəşadla haqq-hesab çəkim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 29-da Rəşaddan qisas almağı nəzərdə tutduğundan çayxana yanında dayanaraq onu gözləyib: "İki nəfərlə çayxanadan çıxan Rəşad onları rayonun Gəlmə kəndindəki kafeyə aparmağımı xahiş etdi. Mən də razılaşdım. Bu vaxt Rəşadgil Elgünü də çağırdılar. Onların dördünü də avtomaşınımda həmin kafeyə gətirdim. Orada bir neçə bakal pivə içdik.
Rəşadgillə Zərdab şəhərindəki kafeyə getdik, orada çay içdikdən sonra Rəşadı bir bəhanə ilə özümlə, Elgüngildən ayrı salmaq üçün evə başqa yolla gedəcəyimi dedim. Rəşad qonşum olduğundan avtomaşınımda qaldı.
Maşını bir qədər sürdüm, sonra guya maşının təkərinin çalaya düşdüyünü bəhanə edərək, kimsəsiz bir yerdə saxladım. Rəşada düşərək təkərə baxmağı təklif etdim".
Vüsal Mehdiyev bildirib ki, Rəşad maşından düşərək təkərə baxıb, ona heç nə olmadığını deyib: "Rəşad kənara çəkilərək təbii ehtiyacını ödəməyə başladı. Bu məqamdan istifadə edərək əvvəlcədən maşına qoyduğum bıçağı götürdüm, yaxınlaşaraq nəyə görə məni tanışların yanında ələ saldığını soruşdum. Rəşad cavabında güldü.
Bundan qəzəblənərək əlimdəki bıçaqla Rəşadın sinəsinə zərbə endirdim. Zərbədən bir az geri atılan Rəşad "ə, nə edirsən" deyərək hərəkətimin səbəbini soruşdu. Mən də ona: "Bəs bilmirdin adamın arvadına sataşıb, onu ələ salanda nə olur?.." dedim. Ona anlatdım ki, bunu namusuma ləkə gətirdiyi, ləyaqətimi alçaltdığı üçün edirəm. Bu sözləri eşidəndə əlimdə bıçağı görən Rəşad aralanaraq qaçmağa başladı".
Vüsal Mehdiyev qeyd edib ki, Rəşadı təqib edib, ona çataraq kürək nahiyəsinə bıçaqla zərbələr vurub: "Bundan sonra Rəşad yerə yıxıldı. Mən də onun üstünə çökərək bıçaqla zərbələr endirdim. O, müqavimət göstərməyə, əlimdən tutaraq bıçaq zərbələrindən müdafiə olunmağa çalışdı.
Ancaq qəzəbdən özümdə deyildim. Məqsədim Rəşadı öldürmək idi. Ona görə yerə yıxılmış Rəşada harasına neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Lakin zərbəni Rəşadın boğaz nahiyəsinə vurduğum və bundan sonra Rəşadın hərəkətsiz qaldığı yadımdadır. Artıq nəfəsi gəlmədiyini görəndə öldüyünü bildim.
Sonra bir qədər özümə gəldim, törətdiyim cinayətin izini itirmək üçün avtomobildə motorlu mişar üçün hazırladığım sürtgü yağı ilə qatışıq olan 0,5 litrlik şüşə butulkadakı benzini götürdüm, Rəşadın meyitinin üzərinə tökdüm. Kibritlə alışdıraraq onun meyitini yandırdım, avtomaşınıma minib sürətlə hadisə yerindən uzaqlaşdım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəl polisə gedərək törətdiyi əməl barədə məlumat vermək istəyib: "Lakin bunu dərhal etməyi bacarmadım. Sonradan istintaqda törətdiyim əməli səmimi etiraf elədim. Lakin ibtidai istintaq zamanı hadisənin təsiri altında olduğumdan Rəşad Zeynalovun üstünə benzin tökərkən onun ölmüş olduğunu bilməyimi və bunu izi itirmək üçün etdiyimi demədim. Bu məqamın ifadəmdə necə əks olunduğunun mahiyyətinə də varmadım. Ona görə də ibtidai istintaqda bu hal üzrə verdiyim ilk ifadəmi təsdiq etmirəm.
Rəşad Zeynalovu namusuma xələl gətirən hərəkət edərək ləyaqətimi alçaltdığı səbəbindən öldürmüşəm. Rəşad Zeynalova iztirab vermək, onu qəddarlıqla öldürmək, diri-diri yandırmaq fikrim olmayıb və bu məqsədlə onun üstünə benzin tökərək yandırmamışam. Törətdiyim əməldən peşmanam".
Zərərçəkmiş şəxsin hüquqi varisi olan atası İnşallah Zeynalovun sözlərinə görə, Rəşad təbiətən mülayim, qonşularla mehriban münasibətdə olan adam idi: "Vüsal Mehdiyev arvadı və valideynləri ilə bizimlə çəpər qonşuluğunda yaşayıb, münasibətlərimiz yaxşı olub. Sonuncu dəfə oğlum Rəşadı 29 dekabr 2014-cü il tarixdə evdə görmüşəm. Bundan sonra Rəşad Vüsal Mehdiyevin mağazasına gedib ki, nisyə aldığı pres ipinin pulunu ödəsin, bu zaman mobil telefonunu evdə qoyub. Oğlumun axşam niyə evə qayıtmaması ilə maraqlandım. Yoldaşım Rəşadın evə qayıtmadığını və evdə gecələmədiyini dedi.
Bundan şübhələnərək dərhal Zərdab Rayon Polis Şöbəsinə məlumat verdim, oğlumla bağlı məlumatları olub-olmadığını soruşdum. Orada adını bilmədiyim bir polis əməkdaşı Hüseynxanlı kənd ərazisində hadisə baş verdiyini bildirdi, onunla məscidə getməyi təklif etdi.
Birlikdə məscidə gəldikdə orada yuyulan meyitin paltarlarının Rəşada məxsus olduğunu gördüm. Sonrada istintaq orqanından aldığım məlumatdan bildim ki, oğlum qonşumuz Vüsal Mehdiyev tərəfindən öldürülüb.
Rəşadın Vüsal Mehdiyevin arvadına sataşması, ona atmacalar atması barədə əvvəllər heç bir məlumatım olmayıb, oğlumun belə hərəkətlər etməsinə inanmıram. Hesab edirəm ki, Vüsal Mehdiyev oğlumu xüsusi amansızlıqla öldürüb".
İnşallah Zeynalovun vəkili Adəm Məmmədov prokurorluğun protestinin təmin, məhkum edilmiş şəxsin müdafiəçisinin apelyasiya şikayətinin isə rədd olunması barədə qərar qəbulunu xahiş edib. Nümayəndə Vüsal Mehdiyevin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə, 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını istəyib.
Dövlət ittihamçısı Ədalət Əzimov bildirib ki, Vüsal Mehdiyevin cəzasının ağırlaşdırılması barədə qərar qəbulu üçün əsaslar var.
Vüsal Mehdiyevin vəkili Ruhid Əkbərov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunması üçün əsaslar var.
Ruhid Əkbərov müdafiə etdiyi şəxsin cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, prokurorluğun protestinin, həmçinin zərərçəkmiş tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş edib.
Hakim kollegiyası sonda prokurorluğun protestinin təmin edilməsi barədə qərar açıqlayıb. Vüsal Mehdiyevin cəzası 17 ilə qədər artırılıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM