Strategiya.az-ın məlumatına görə, Virtualaz.org «İnterfax» agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına əsasən, 3-5 min avropalı münaqişə zonalarında, həmçinin İŞİD qruplaşmasının nəzarətində olan İraq və Suriya ərazilərində təlim keçərək geri qayıdıb. Həmçinin Parisdə baş verən hücumlarda iştirak edən yaraqlıların bəziləri Avropaya saxta sənədlərlə qaçqın qismində daxil olub.
Bununla belə, Avropolun direktoru İŞİD qruplaşmasının öz üzvlərini Avropada yerləşdirmək üçün mühacir böhranından istifadə etməsinə dair konkret sübutların olmadığını da qeyd edib.