Elton ilə ilk tanışlığımızı belə xatırlayıram... Muğam teatrı, hələ tanınmamış, ürəyi dolu gənc bir müğənni... Salam verən kimi özünü təqdim etdi və başladı, özü də nə başladı. Müəllimi Teymur Əmrahın əlindən yaman yanıqlı idi.
Strategiya.az-ın məlumatına görə, Milli.Az xəbər verir ki, bu barədə xalq artisti Aygün Kazımova müğənni Elton Hüseynəliyevhaqqında danışarkən vurğulayıb.
Xalq artisti deyir ki, Elton dayanmaq bilmirdi: "Siz onu tanımırsınız, siz bilmirsiniz. O insan məndən əl çəkmir. Məndən istifadə edir. Mənim şəxsi həyatıma müdaxilə edir. Mənə başqa-başqa təkliflər edir. Mənə göz verib, işıq vermir".
Kazımova söyləyir ki, yenicə tanış olduğu gənc müğənninin bu etirafları onu çox düşündürüb: "Axı mən Teymur Əmrahı tanıyıram. O, istedadlı pedaqoqdur. Niyə Eltona belə zülm edir? Nə istəyir Eltondan? Beləcə Eltona ürəyim ağrıdı. Eltonla hər görüşəndə qeybətindən qalmırdı. Xüsusilə də, qadın müğənnilərin arxasınca danışırdı. Sən demə, qeybət etmək Eltonun adəti imiş".
Eltonun efirdə onun barəsində son açıqlamasına da toxunan A.Kazımova deyilənlərin tam bir cəfəngiyyat olduğunu bildirdi: "Çıxıb efirə deyir ki, guya duet oxumağı mən ona təklif etmişəm. Əslində isə mahnıların və duetlərin təklifi hər zaman mənə Elton tərəfdən gəlib. Mahnının musiqisini, sözlərini hər zaman o tapıb. Aranjman işini də Elton həll edib. Mahnılar mənə hazır şəkildə təqdim olunub. Mənim işim, sadəcə, studiyaya girib oxumaq olub. Bu sözlərimi onun keçmiş prodüseri Anar Mədətov, mənim keçmiş Eltonun isə indiki prodüseri Tolik də təsdiq edə bilər. Elton çox nankor insandır. O, həyat yoldaşının hesabına gündəmə gəldi. Əli pula, şan-şöhrətə çatandan sonra mənə arvadının qeybətini edirdi. Məni özünə dərd ortağı seçmişdi. Nə vaxt görüşürdüksə, sənətdən danışmaq əvəzinə, Eltonun qeybətlərini dinləyirdim.
Mən, doğurdan da, Eltonu özümə dost bilirdim. Ona ürəyim ağrıyırdı. Hələ elə söhbətlər var ki, onu açıqlaya bilmirəm. O, həyatda quzudur. Efirə çıxanda isə vəhşiləşir. Mən efirdə gördüyüm Eltonu tanıya bilmirəm. Mən onu əvvəldən tanısaydım, ömrüm boyu onu yaxınıma buraxmazdım. O ki qalsın, onunla dostluq edim.
Bir adam ki, iki gözəl övladının anası, illərdir onun yolunda hər cəfaya qatlaşan, işini, karyerasını onun karyerasına qurban verən, bu gün qazandıqlarına həyat yoldaşının sayəsində çatan ömür-gün yoldaşının qədrini bilmirsə, ağzına gələni danışırsa, oturduğu hər yerdə və mənim yanımda ailəsinin, evinin, həyat yoldaşının qeybətini edən kişiyə kişi demək olar?
Xalq artisti iddia edir ki, dəfələrlə Eltonu boşanmaq fikrindən daşındırıb: "Deməli, Elton nə özünü aparmağı, nə də danışığını bilir. Dəfələrlə ayrılmaq istədiyini deyirdi. Deyirdim ki, iki gözəl balan var. Belə şey etmə. Ailəsindən elə danışırdı ki, dəhşətə gəlirdim. Kişi də belə şey danışar? Kişi də öz həyat yoldaşını belə alçaldarmı? Onun aləmində hamı günahkardır, hamı ondan istifadə edir, hamı ona qarşı haqsızlıq edir, hamı onu incidir, hamı onun yolunu kəsir, hamı onun paxıllığını edir. Elə yazıq-yazıq danışır ki, polad belə əriyir, nəinki adamın ürəyi sızıldayır. İnsanı inandırmaq üçün özünə haqq qazandırmaq üçün dindən-imandan danışır. Adama elə gəlir ki, qarşısında qanadsız mələk oturub. Az qalsın, dəsmal götürüb ağlayasan. Bu hərəkətləri ilə özünü mənə inandırıb, dostluğumu qazandı. Az qala uşaq kimi onu qoruyurdum. Mən Eltonu özündən çox düşünürdüm. Narahat olub qeydinə qalırdım. Çünki Elton itib yoxa çıxırdı, ailəsini başlı-başına buraxırdı. Özünü ailəsinə, uşaqlarına həsrət qoyurdu. Mən nə biləydim ki, bu mələk cildində şeytandır. Mən nə bilərdim ki, o, sözün əsl mənasında, artistlik edir. İndi də düşüb kanallara mənim qeybətimi edir. Hələ çox şeylər montaj olunur ki, siz onları görmürsünüz. Onlar efirə getmir. Gör nə günə qalmısan ki, sənin efirdə danışmağa mövzun yoxdur. Sənə mikrofon uzadıb ancaq Aygün Kazımova haqda soruşurlar. Sənə mikrofon uzadılanda, ancaq qeybət edirsən. Fikir vermisinizsə, ancaq xanım müğənnilərin arxasınca danışır.
Adama sual verərlər ki, öz mövzun yoxdur ki, xanımların qeybətini edirsən? İndi də başlayıb Röya ilə belə oldu, Natavanla belə oldu. Bizim dilimiz varsa, dilçəyimiz də var. Bir-birimizə sözümüz olanda, açıq-aşkar deyirik. Sənin kimi üçüncü, dördüncü adamı söhbətimizə qatmırıq.
Bu naftalin iyi verən, toz basmış variantları qoy kənara. Deyəsən, unutmusan saatlarla vaxtımı alıb Röya və Natavanın arxasınca etdiyin qeybətlər. Utan, kişi adı daşıyırsa, ay qədirbilməz! Bir dilinə yiyə dura bilmirsən. Deyəsən, hulqumunu sən çoxdan udmusan!"
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM