Bakı bağlarındakı cinayətlərin qarşısını necə almaq olar?

11:20 / 21.02.2016

Bakıda bağ evində bir neçə gün əvvəl törədilən qətlin üstü açılıb. Maştağa qəsəbəsi ərazisində yerləşən bağ evlərindən birində 76 yaşlı Həmid Məmmədrəsuloğlunu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakinləri Hüseyn Abdullazadə və Elman Qasımov tutulublar…

Xoşbəxtlikdən bu, açılan cinayətdir. Məsələ ondadır ki, son vaxtlar bağ evlərində törədilən cinayətlərin sayı artıb və təbii ki, onların heç də hamısı açılmır. Tezliklə yeni bağ mövsümünün başlayacağını nəzərə alsaq, bu cinayətlərin bir qədər də artacağı gözlənilir.

Ekspertlər bağ massivlərində kriminal hadisələrin artmasını bir neçə amillə izah edirlər. Onlardan ən əsası həmin massivlərin, necə deyərlər, gözdən-könüldən uzaq olması və paytaxtın mərkəzi əraziləri ilə müqayisədə nisbətən az nəzarətdə saxlanılmasıdır. Cinayətə meylli insanlar isə daha çox məhz nəzarətsiz və açılma ehtimalı az olan yerlərdə qarət və qətllərlə məşğul olurlar.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyevin virtualaz.org-a bildirdiyinə görə, oğurluq, quldurluq, tamah məqsədilə törədilən cinayətlər gizli şəraitdə baş verdiyindən bağlarda cinayət törətmək daha asandır: “Son 7-8 il ərzində Bakıda kameraların quraşdırılması təqdirəlayiqdir. Cinayətkarlığa qarşı mübarizədə profilaktik baxımdan kameralar müsbət rol oynadı. Artıq cinayətkar kamera qarşısında gizli cinayəti törədə bilmir. Kameralar həm də cinayətlərin açılmasında mühüm rol oynayır. Şəhər ətrafında kameraların quraşdırılmaması, polislərə az-az rast gəlinməsi, sahə məntəqələrinin olmaması, nəzarətsizlik, işsizlik və sair səbəblər, həmçinin də bəzən şəraitin özü oğurluq hadisələrinin baş verməsinə imkan yaradır”.

Sovet dövrünün sonlarında bağ massivlərində oğurluq hadisələrinin geniş yayıldığını deyən mütəxəssis xatırladır ki, bunun qarşısını almaq üçün o vaxt Post Patrul Xidməti (PPX) rotalarından xüsusi taqımlar ayrılmış və onlar növbəti 5-10 il ərzində cinayətlərin qarşısının alınmasında, eləcə də cinayətkarların tutulmasında mühüm rol oynamışdılar.

Həmin vaxtlarda bağ evlərində cinayətlərin azaldığını deyən M. Hacıyevin sözlərinə görə, o təcrübədən indi də istifadə etmək olar: “Əvvəllər Bakıda yalnız Nəsimi Yasamal, Nərimanov, Sabunçu və Əzizbəyov (indiki Xəzər-red.) rayonlarında polis bölmələri var idi. İndi bütün rayonların hərəsinin 4-5 polis bölməsi var, ayrıca sahə inspektorları var. Yəni nəzarət xeyli gücləndirilib. Elə bağlar var ki, imkanlı adamların bağlarıdır, kameralar var, bəziləri üşün xüsusi mühafizəçilər tutulub. Amma elə adamlar da var ki, illərlə bağ evlərinə getmirlər. Belə adamlar özləri cinayətlər üçün şərait yaradırlar.

Daxili İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində, yəqin ki, bu cinayətlərin qarşısının alınması üçün iş gedir və tədbirlər planı hazırlanır.

Əslində Bakıda bağ massivləri olan rayonlar azdır - Xəzər, Binəqədi, Sabunçu və s. Bu rayonlarda PPX alaylarından bir dəstə, taqım ayırıb bağları nəzarət altında saxlamaq olar”.

Son vaxtlar törədilən cinayətlərin xarakterindəki ağırlaşmaya gəlincə isə, ekspert hesab edir ki, bu, insanların psixi durumlarının eyni səviyyədə olmaması ilə bağlıdır: “Ümumiyyətlə, qətl özü ağır cinayətdir. Amma bütün qəsdən adam öldürmələr xüsusi amansızlıqla baş vermir. Əgər xüsusi amansızlıqla qətl hadisəsi törədilibsə, bu zaman həmin insanın psixi durumu araşdırılır. Psixi durumu normal olmayan insan qətl törədə bilər”.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM