Azərbaycanda körpələr niyə ölür?

13:06 / 22.02.2016

Azərbaycanda son illərdə yeni doğulmuşlar arasında ölüm əmsalı təxminən 10 promilledir, yəni hər 1000 yenidoğulan uşaqdan 10-u dünyasını dəyişir.

Strategiya.az xəbər verir kki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, SN-nin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov deyib.

Uşaq ölümlərinin sayının əvvəlki illərə nisbətən azaldığını deyən R.Hüseynov bildirib ki, hər bir uşaq ölümü faktı araşdırılır.

Onun sözlərinə görə, dünyasını dəyişən yeni doğulmuşların çoxu vaxtından əvvəl doğulan uşaqlar olur: “Doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya) yeni doğulmuşların ölümünə səbəb olan xəstəliklər arasında çox az faiz təşkil edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır”.

R.Hüseynov qeyd edib ki, yeni doğulmuşların ölümlərinin ikinci əsas səbəbi uşağın ana bətnində infeksiyalara yoluxması və sonradan yaranan septiki proseslər, uşaqlarda həyatla uyğunlaşmayan daxili orqan və sistemlərin qüsurlarıdır.

Baş neonatoloqun sözlərinə görə, Azərbaycanda doğuş zədəsi ilə doğulan uşaqların sayı 20-30 il əvvəllə müqayisədə çox azalaraq hazırda cüzi faiz təşkil edir: “Ancaq asfiksiya, vaxtından əvvəl doğulma və sepsiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər hələ də qalıb".

R.Hüseynov qeyd edib ki, 2015-ci ilin 1 yanvarından Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünya standartlarına uyğun yeni diridoğulma meyarlarının tətbiqi nəticəsində çəkisi 500-1000 qramdan çox olan, ekstremal çəkili 260 uşaq dünyaya gələn uşaqların 97-nin həyatını xilas etmək mümkün olub: "Yeni diridoğulma meyarlarına keçidlə əlaqədar ötən il Azərbaycanda uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Amma MDB ölkələrində bu meyarların yeni tətbiq olunduğu ilk illərdə uşaq ölümü göstəricisi 20-40 faiz artmışdı. Azərbaycan dünyada bu meyarlara keçən ilk ölkələrdən olmasa da, keçid dövrünə daha yaxşı hazırlıq işləri aparıldı. Buna görə də Azərbaycanda uşaq ölümlərinin sayının 0,8 faiz artması çox yaxşı göstəricidir. Yeni meyarlara keçid o demək deyil ki, əvvəlki illərdə az çəkili uşaqları müalicə etmirdik. Sadəcə, onlar ümumi statistikaya yeni doğulmuş uşaq kimi daxil edilmirdi, buna görə də onların uşaq ölümlərinin statistikasına təsiri yox idi”.

Baş neonatoloqun sözlərinə görə, bəzi hallarda yeni doğulmuşların ölümünə həkim səhlənkarlığının səbəb olduğu iddia edilir, “körpəyə həkim yaxşı baxmadı, ona görə öldü” kimi şikayətlər edilir.

Lakin R.Hüseynovun fikrincə, bu ölümlərə həkim səhlənlənkarlığı deyil, həkimlərin istənilən səviyyədə peşəkar olmaması səbəb ola bilər: “Yaxud da ola bilər ki, həkim müasir texnologiyalarla dərindən tanış olmur, problemlər də bunlardan yaranır. Buna görə də SN tərəfindən həkimlərin təkmilləşdirilməsi üçün daim iş aparılır”.

R.Hüseynov qeyd edib ki, əhali bəzi xəstəliklərinin müalicəsinin, xüsusilə ekstremal, az çəki ilə doğulan uşaqlarda rastlaşılan bəzi problemlərin həllinin mümkünsüz olduğunu da başa düşməlidir. Digər tərəfdən, xəstənin valideynlərinin də həkimə inamı olmalıdır.

Azərbaycanda həkimlərə inamın xeyli azalmasına təəssüflənən baş neonatoloqun sözlərinə görə, regionlardakı həkimlərə inam olmadığından uşağında ciddi problem olmayan valideyn də onu Bakıya gətirmək istəyir: "Bu isə uşağın yaşamaq şansını daha da azaldır. Başa düşmürlər ki, yeni doğulan körpənin 200-300 km məsafədə hətta xüsusi nəqliyyatla belə Bakıya gətirilməsi uşağın sağlamlığına çox pis təsir edə bilər. Bu, uşağın yaşamaq şansını azaldır. Belə uşaqlar rayonda qalsaydılar, onların yaşamaq şansı bəlkə də daha çox olardı. Çox təəssüf ki, neonatalogiya sahəsində əsas problemlərimizdən biri budur. Amma bunlar həll olunan problemlərdir”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM