Ermənistanın paytaxtı İrəvanda bir qrup gənc etiraz aksiyası keçirib.
Strategiya.az bildirir ki, APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, aksiya prezidentSerj Sarkisyanın iqamətgahı qarşısında baş tutub.
Etirazçılar rəsmi İrəvandan siyasi məhbusları azad etməyi tələb ediblər. Aksiya polis tərəfindən dağıdılıb, saxlanılanlar var.