Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3620 manatlıq saxta əsginas götürülüb. Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə “HP” markalı printer tapılıb.