Nepal hökümətinin rəsmisi Padamlal Lamiçan bildirib ki, qəza nəticəsində 1 insan həlak olub. Təyyarə Kasthamandap Airlines şirkətinə məxsus olub.
Qəzadan əvvəl təyyarədə texniki nasazlıq müşahidə olunub və pilotlar dağların arasındakı düzənliyə enməyə qərar verib. Manevrlər etməyə müvəffəq olmadığı üçün təyyarə qəzaya uğrayıb.
Xatırladaq ki, fevralın 24-də Nepalın mərkəzi rayonlarında digər sərnişin təyyarəsi qəzaya uğrayıb və 23 nəfər insan həlak olub.
Strategiya.az