APA-nın "Gazeta.ru"-ya istinadən məlumatına görə, bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs rejimini dəstəkləyən qətnamə qəbul edib.
Sənəddə qeyd olunub ki, Suriya hökumət qüvvələri, həmçinin müxalif birləşmələr döyüş əməliyyatlarının dayandırılması şərtlərini qəbul etdikləri barədə Rusiya və ABŞ-ı məlumatlandırıblar.
“Atəşkəs rejiminə əməl olunduğu halda, münaqişə tərəfləri nümayəndələrinin növbəti görüşü martın 7-də keçiriləcək”, deyə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.
Qeyd edək ki, ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən fevralın 27-dən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir.
Bununla belə, İŞİD və “Cəbhət ən Nüsrə” qruplaşmalarına qarşı əməliyyat davam etdiriləcək.
Strategiya.az