1976-cı il təvəllüdlü Mirkişi Əsədov polisə müraciət edərək həmin ticarət mərkəzində ona məxsus anbardan oğurluq edildiyini bildirib.
M.Əsədov ərizəsində ona məxsus anbarda işləyən 26 yaşlı Əli Rüstəmovun oradan 100 min manatlıq elektrik məişət əşyaları mənimsədiyini deyib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır. (“Report”)