Strategiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, sabah paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.