SARKOZİLİKS-CİBƏ QOYULMUŞ DÖVLƏT BAŞÇISI

09:59 / 13.03.2014


Mart ayının əvvəlindən başlayaraq gizli dinləmə kabusu Fransanın keçmiş prezidenti Nikola Sarkozini yaxalayıb və belə görünür ki,siyasi rəqiblərinin ona kəskin nifrəti fonunda sirli xəbər sızıntısı hələ uzun müddət gündəmdən çıxmayacaq. Dövlət başçısı postunu tərk edərkən sabiq rəhbərin əleyhinə belə ifşaların gözlənilən olduğunu yerli qəzetlər anons etmişdilər,lakin üstündən yalnız 2 il keçəndən sonra onun auidiyazılardan ibarət çoxsaylı görüş və telefon danışıqlarının stenoqramları işıq üzü görməyə başlayıb.Artıq heç kəsdə şübhə yoxdur ki,həmin gizli sənədlər içərisində ölkə həyatının bütün sahələrinə dair rəsmi və adi işçi söhbətlərin xronikası yerləşdirlimişdir.

Vikiliks olayından,Culian Asanj fenomenindən və ya elə qardaş Türkiyədə Baş nazir sayın Ərdoğana qarşı qurulan tələdən fərqli olaraq Fransada bu işi kənar qüvvələrin təşkil etməsinə ehtiyac qalmayıb.Adətən xarici agentura mərkəzlərinin strateji obyektlərə və idarəetmə orqanlarına yerləşdirdiyi “böcək”lərin iti qulağı hesabına deşifrə olunan belə qiymətli materiallar bu dəfə Sarkozinin ən yaxın silahdaşı,Prezident komandasının etibarlı üzvü-siyasi məsləhətçi Patrik Bisonun sayəsində ümumxalq “sərvətinə” çevrilib.

Sual oluna bilər,güclü kəşfiyyat strukturlarına malik bir dövlətin rəhbərini az qala əbləh yerinə qoyan Ştirlits bütün bu təhlükəli və bahalı əməliyyatı hansı resurslar hesabına edə bilib?Cavab hər kəsi heyrətə sala bilər.Prezidentliyi teatr janqlyorluğunu xatırladan və fiziki naturasında aktyorluq elementləri bu vəzifə üçün gərəkən xarizmatik keyfiyyətlərdən daha çox olan Sarkozini sözün həqiqi mənasında cibə qoyublar.Bison hər tədbirdən əvvəl onun kompetensiyasının hamıdan çox olduğunu nəzərə alaraq dövlət başıçısının bütün bağlı qapılar arxasındakı həyatını lentə alıb.Əvvəldən cibində yerləşdirdiyi diktafonun qeyd etmədiyi demək olar ki,sirr qalmayıb.Lakin hələ ki,onların çox az bir qismi ictimailəşib.

Sarkozi keçmiş işçisini xəyanətdə suçlayır və ona qarşı məhkəmə iddiasında bulunub.Bison isə əsil xəfiyyə kimi özününmüdafiə alibisini işə salıb.Sən demə o bütün bu dedektivliyi işini professional qurmaq,rəhbərinin heç bir sözünü diqqətdən buraxmamaq və sonrakı fəaliyyətində aksentləri düzgün qoymaq,təbliğat zamanı əsas notlara önəm vermək üçün edibmiş.Kimi-kimi, Fransa ədliyyəsini belə iddia ilə inandırmaq çətin məsələdir.Guya bir hissəsi məhv edilmiş Sarkoziliksin yerdə qalan auidocasusluq seriallarını Bisonun ehtimalına görə yaxın qohumunun oğurlayaraq cəmiyyət içində yaymağa müvəffəq olub.
Nə var bu materialların içində?Gerçəkdə dövlətin necə idaəolunmasına dair sinik iddiaların hamısı burada təsdiq olunur.Prezident öz Baş naziri Fransua Fiyonun etimadı itirdiyini düşünərək onu əvəz etməyə çalışır,lakin qərarsızlıq onu tam iki təqib edir.Sonralar Bison həmin atmosferi obrazlı olaraq belə ifadə edibmiş:”tam səhvlərlə və axmaqlıqlarla dolu iki il”.
Sarkozi ətrafını “zırrama” adlandırır və jurnalistlərin saraya münasibətini aydınlaşdırmaq üçün müşavirlərindən “biz ki,bekar itlərin Yelisey sarayında hürməsini eşitməmişik” deyə mediayaya ironik baxışını ifadə edir,korrupsiya qalmaqalında ittiham edilərək kənarlaşdırılan Daxili İşlər nazirinin yerinə təyin etmək istədiyi namizədə məsləhətçilərindən dəstək gəlməyincə sakitcə geri çəkilir.

Şübhəsiz ki,növbəti günlərdə dövlətin təhüləkislik həyatına və xarici ölkələrlə münasibətinə,beynəlxalq siyasi düzənə dair səs qovluqları ətrafında da polemikalar qızışacaqdır.Ancaq ən maraqlısı Prezidentliyə gələn yolda Karlo Brunini qazanmış Sarkozinin ifşa edilmiş lentlərdədəki şəxsi həyat tarixçələridir.

Sən demə Birinci Ledi keçmiş modelyer kimi bahalı reklam təkliflərini məlum yeni statusuna görə itirəndən sonra tez-tez gileylənirmiş ki,O,Sarkozidən varlı və təminatlı bir ər təsəvvür edirmiş,indi isə “əksinə, yoldaşının çoxlu borclarını özü qapamağa məcbr olub”.Evliliyi hesabına maddi imkanlarının genişləndiyini dövlət başçısı özü də inkar etmirmiş,əksinə arvadı hesabına yaşadığını təmiz və şəffaf idarəçiliyinin əsas tutarqasına çevirməkdən də çəkinmirmiş.

Karlonun dövlət işlərinə qarışmasına,mühüm rəsmi müşavirələrdə şəxsən iştirakına prezidentin yaxın ətrafı isə təəccüb və hətta nifrətlə yanaşırmış.
Bax belə aqibəti varmış dövlət başçısı olmağın və hamını izləyənlərin başında duran şəxsin özünün asanlıqla cibə qoyulmasının.

Dünyaya respublika quruluşunu,inqilabi gilyotinanı və hakimiyyət bölgüsünü bəxş etmiş Fransanın məşhur sərkədəsi,görkəmli imperatoru Napoleon Bonapartdan sonra hakimiyyət taxt-tacına çoxlu zəif xarakterli və yüngül maneralı siyasətçilər də sahiblənə biliblər.Bəlkə də oturuşmuş demoktratiyalar halında binlar çox təbiidir və milli faciə kimi qəbul olunmamalıdır.Lakin iş ondadır ki,hər bir dövlət başçısının daşıdığı keyfiyyətlər,malik olduğu məziyyətlər mənsub olduğu xalqın həyatında izsiz qalmır,onun gələcəyinə müəyyən təsir göstərir.

Təsadüfi deyil ki,Napoleon rəhbərlik üçün siyasətçiyə ürəkdən daha çox başın gərəkliyini söyləyirdi!Sarkozi isə ona belə bədən orqanın lazım olmadığını dəfələrlə sübuta yetirmişdi.İndi onun 4 ili cəmi bir adamın cibindədir!

Milli Məclisin deputatı,
Zahid Oruc

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM