Strategiya.az bildirir ki, APA-nın “Sky News”a istinadən verdiyi məlumata görə, kamikadzelərin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.
Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.
* * *20:12
İraqın paytaxtında partlayışlar baş verib. Nətcitədə ən azı 24 nəfər həyatını itirib, daha 60 nəfər yaralanıb.
Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə paytaxtın Madinat əs Sadr rayonunda bazarda qeydə alınıb.
"İslam dövləti" terror qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürüb.