Strategiya.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdasrəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdasrəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Xəyal Cavadovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.