Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, hadisə fevralın 29-da Sabirabad rayonunun Nizamikənd kəndində qeydə alınıb. Kənd sakini, 1-ci qrup əlil, 11 yaşlı Rəhman Sadıqov evinin yaxınlığından keçən su kanalına yıxılaraq boğulub. Uşağın meyiti sudan çıxarılıb.