Bu barədə Strategiya.az-a Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, baş vermiş hadisələr zaman 15 ölüm, 112 xəsarət faktı qeydə alınıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 hadisənin azalması nəticəsində 26 ölüm faktı aşağı düşüb, 32 xəsarət sayı azalıb.
V.Əsədov bildirib ki, hadisələrin baş verməsinə səbəb sürət həddinin aşılması, piyadaların avtomobillərlə vurulması, təhlükəli manevir etmə, əks istiqamətdə yol zolağına çıxma və yol ayrıclarının keçmə qaydalarının pozulması olub.