Azərbaycan Prezidenti İlham Əliyevin İrana son səfəri olduqca uğurlu keçib. Dövlət başçısını Tehranda çox isti qarşılayıblar. İran Prezidenti ilə aparılan danışıqlarda çoxlu sayda məsələlər üzrə razılıq əldə olunub. Tərəflər 11 müqavilə imzalayıblar. Onlar demək olar ki, bütün sahələri əhatə edir. Sosial-mədəni, iqtisadi, energetika və neft-qaz sahələrində əməkdaşlıq məsələləri ilə yanaşı, nəqliyyat və regional təhlükəsizliyi təmin etməyi də əhatə edən müzakirələr keçirilib. Tehran və Bakı qitələri birləşdirən proqramlar çərçivəsində əlaqələri yeni səviyyəyə yüksəltməyin zəruriliyini vurğulayıb, bu istiqamətdə layihələrin reallaşmasında aktiv iştiraklarını bir daha təsdiqləyiblər. Bundan başqa, regional təhlükəsizliyin təminində fəal əməkdaşlığın lazımlığı da xüsusi qeyd olunub. Həmin çərçivədə mövcud imkanların daha da genişləndirilməsi niyyəti açıq ifadə edilib. Ekspertlər bütün bu məqamların region üçün strateji əhəmiyyət daşıdığı qənaətindədirlər.
Tarixi və mədəni yaxınlıq: daha miqyaslı əlaqələrə doğru
Regionun böyük dövlətlərindən biri kimi, İran geosiyasi mənzərənin formalaşmasında əhəmiyyətli rol oynayır. Onun iqtisadi potensialı yüksək qiymətləndirilir. Hərbi imkanları barədə də kifayət qədər informasiyalar yayılıb. Ekspertlər Yaxın Şərqdə son illər özünü göstərən böhranın aradan qaldırılmasında Tehranın ciddi rol oynaya biləcəyini vurğulayırlar.
Azərbaycanla İran arasında bir çox sahələrdə tarixi əlaqələr mövcuddur. Xüsusilə mədəni və dini aspektlərdə iki ölkə arasında sıx bağlantıları inkar etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev İranla münasibətlərin inkişaf etdirilməsi üçün ciddi fəaliyyət göstərmişdi. Hazırda rəsmi Bakı həmin kursu uğurla davam etdirməkdədir. Prezident İlham Əliyevin Tehrana son rəsmi səfəri bunu bir daha təsdiq etdi.
İran tərəfi Azərbaycan rəhbərini çox təntənəli qarşılayıb. Bu, Tehranın öz yaxın qonşusu ilə münasibətlərə xüsusi önəm verdiyini göstərir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi iqtisadi, mədəni, enerji, nəqliyyat və başqa sahələrdə cəlbedici tərəfdaşdır. Onun Yeni İpək Yolu layihəsində aktiv rol oynadığını yaxşı bilirlər. Bunlardan başqa, sanksiyaların ləğvindən sonra Tehranın obyektiv olaraq qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu demək lazımdır.
Bütün bunların işığında Tehranda iki ölkə arasında 11 müqavilənin imzalanması tam normal görünür. Əldə olunan razılıqlar müxtəlif sahələrdə əlaqələri yeni səviyyəyə qaldırmağa xidmət edir. Buraya iqtisadiyyat, energetika, səhiyyə, sosial, nəqliyyat, ekologiya kimi sferalar daxildir (bax: Azərbaycan-İran sənədləri imzalanıb/AZƏRTAC, 23 fevral 2016).
Müqavilələrin məzmunu konkret sahələr üzrə əməkdaşlıqla məhdudlaşmır – onların strateji əhəmiyyəti də vardır. Burada Şimal-Cənub və Şərq-Qərb dəhlizi üzrə nəqliyyatın təşkili və inkişaf etdirilməsi kimi məqamlar yer alıb. Azərbaycan Prezidentinin bu məqamlarla bağlı fikirləri lakonik olub. O deyib: "Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik" (bax: Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər/AZƏRTAC, 23 fevral 2016).
İran Prezidenti həmin aspektdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıqdan bəhs edib və bütövlükdə "iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılması"na diqqət çəkib (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, uzaq Çindən tutmuş Avropaya və Rusiyadan başlayaraq Afrikayadək geniş bir geosiyasi məkanda müxtəlif sahələr üzrə faydalı əlaqələrin genişləndirilməsi imkanı meydana gəlir. Üstəlik, İranla Azərbaycanın hər iki istiqamətdə ortaq fəaliyyətinin əhəmiyyəti də böyükdür. Prezidentlərin yuxarıda göstərilən fikirləri belə qənaətə gəlməyə tam əsas verir.
Regional təhlükəsizlik: yeni əməkdaşlıq modelləri işığında
Həmin kontekstdə Xəzər dənizində əməkdaşlıq məsələsinin prinsipial əhəmiyyəti də qeyd edilməlidir. Azərbaycanın dövlət başçısı İran Prezidenti ilə görüşdən sonra mətbuata verdiyi bəyanatda ifadə edib ki, iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlıq üçün çox gözəl perspektivlər var.
Burada qarşılıqlı sərmayə qoyuluşundan başqa, yeni səviyyədə layihələrin həyata keçirilməsindən söhbət gedir. Prezident İlham Əliyev bununla bağlı deyib: "Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır" (bax: əvvəlki mənbəyə).
İranın dövlət başçısı da Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə məsələsinin aktuallığını xüsusi vurğulayıb. Həsən Ruhani ümumilikdə Xəzərin iki ölkə arasındakı münasibətlərdə pozitiv rol oynaması zərurətini qeyd edib.
Bunlarla yanaşı, elm və mədəniyyət sahəsində mövcud əlaqələri daha da inkişaf etdirərək yeni səviyyəyə yüksəltmək niyyəti açıq ifadə edilib. İran Prezidenti bununla əlaqədar bildirib: "Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Biz xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində, o cümlədən dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik" (bax: əvvəlki mənbəyə).
Yuxarıdakı fikirlərdən aydın olur ki, Bakı ilə Tehran geniş miqyasda əməkdaşlığa yaşıl işıq yandırırlar. Ölkələr arasındakı əlaqələr strateji xarakter daşıyır. Bundan sonra həmin istiqamətdə yeni səmərəli proqramların həyata keçirilməsi üçün ciddi addımların atılması gözlənilir. Şübhə yoxdur ki, bunlar yekunda İranla Azərbaycanın regionda inteqrativ rol oynaması üçün əlavə imkanlar açacaq.
Eyni zamanda, bu vəziyyət məsələnin çox mühüm bir aspektinə də nəzər yetirməyə şans verir. Azərbaycan Prezidenti İlham Əliyev Tehranda aşağıdakıları vurğulayıb: "Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq" (bax: əvvəlki mənbəyə). Bu fikirlərin çox ciddi geosiyasi mənası vardır.
Məsələ ondan ibarətdir ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi məsələsi olduqca aktuallaşıb. Suriyada cərəyan edən hadisələrin fonunda bu problem yeni məzmun çalarları kəsb etməkdədir. Beynəlxalq terror daha da amansızlaşaraq geniş sahəyə yayılmaqdadır. Azərbaycan erməni terrorundan uzun illərdir ki, ziyanlar görür, insanlar həlak olurlar. Bir sıra dairələrin yaranmış vəziyyətdən istifadə edərək erməni terroruna yeni nəfəs verməyəcəyinə təminat yoxdur. Bu çərçivədə regionun İran kimi güclü dövlətinin Azərbaycanla həmrəy olmasının strateji əhəmiyyəti danılmazdır.
Bununla yanaşı, iki ölkənin regional təsiri olan yeni əməkdaşlıq modellərinə baş vurmaları da ciddi əhəmiyyət kəsb edir. İran Prezidenti o sırada üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkmənistan əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini ayrıca qeyd edib (bax: əvvəlki mənbəyə). Məlumdur ki, bu modellərin təşəbbüskarı Azərbaycan rəhbərliyidir. Bunun dəstəklənməsi çox müsbət haldır. Həm də region dövlətlərinin ümumilikdə təhlükəsizlik problemini həll etmək üçün konkret tənzimləmə mexanizmi hazırlaması istiqamətində geniş imkanlar yaradılır. Çünki üçtərəfli əməkdaşlıq modelləri yekunda bir çox ölkələrin ortaq fəaliyyətini təmin edə bilər.
Azərbaycan Prezidentinin bu kontekstdə ifadə etdiyi fikirlər maraqlıdır. O deyib: "...artıq biz üçtərəfli formatlarda da fəal iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcəkdir. Bu, bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olsun" (bax: əvvəlki mənbəyə). Bu sözlərdə, faktiki olaraq, Azərbaycan dövlətinin sülhpərvərliyi, humanizmi və ədaləti öz əksini tapıb. Suriya məsələsinin də yalnız siyasi danışıqlar yolu ilə həllini düzgün saydığını vurğulayan İlham Əliyev bəzi dairələrin ölkəmiz haqqında yaydığı yalan məlumatların əsassız olduğunu göstərib.
Ekspertlər haqlı olaraq Azərbaycanın dövlət başçısının İrana səfərinin çox uğurlu olduğunu qeyd edirlər ki, bu da yuxarıdakı qısa təhlildən də aydın görünür. Rəsmi Bakı bir daha müstəqil xarici siyasət yeritdiyini və regional əməkdaşlığa ciddi töhfələr verdiyini sübut etdi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksələcəyini təsdiqləyən faktlardan biridir.
Newtimes.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM