Azərbaycanda belə adlar da var - İlig, Fəsaləddin, İlkün, İlnamə, İlzər... (RƏSMİ)

10:06 / 02.03.2016

Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb. Kitabın yaxın zamanlarda işıq üzü görəcəyi gözlənilir.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərlib.

Qeyd edək ki, kitaba İlig, Fərəculla, Fəsaləddin, İlgiz, İlkağa, İlkər, İlkinər, İlvin, İlkün, İlnamə kimi az rast gəlinən maraqlı adlar da daxil edilib və onların izahı da verilib.

Trend həmin adların bir hissəsini təqdim edir:

FƏRASƏT – “Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehnin itiliyi; ayıqlığı” deməkdir.

FƏRDA – “Sabah, ertəsi gün; gələcək” deməkdir.

FƏRDALI – Tək Əli; vahid Alı.

FƏRƏC – Müəyyən sıxıntıdan, intizardan, nigaranlıqdan sonra gələn sevinc, şadlıq; təsəlli; əyləncə deməkdir.

FƏRƏCULLA – Ərəbcə "fərəc" və "Allah" sözlərindən düzəlib. “Allahın sevinci, şadlığı; tanrının təsəllisi, təskinliyi” deməkdir.

FƏRHAD – Anlayan, başa düşən; zehinli; dərrakəli; igid, qəhrəman deməkdir. Şərq xalqlarında qəhrəman sənətkar obrazıdır.

FƏRHAN – “Şən, şad, sevincək” deməkdir.

FƏRHƏNG – “Elm, məlumat; maarif, mədəniyyət” deməkdir.

FƏRHUN – “Sevinc, fərəh, şadlıq, uğurlu, bəxtiyar, xoşbəxt” deməkdir.

FƏRİD – “Tək, misilsiz, nadir, yeganə; tayı-bərabəri olmayan” deməkdir.

FƏRİDƏDDİN – Ərəbcə “fərid + əd + din” sözlərindən düzəlib. “Dinin ən yaxşı nümayəndəsi, dinin misilsiz təmsilçisi” deməkdir.

FƏRİZ – Ərəb dilindəki “fərz” sözündəndir. “Dinə görə yerinə yetirilməsi vacib olan iş; vərəsələrdən hər birinə düşən miras; pay” deməkdir.

FƏRMAN – “Əmr, buyuruq, göstəriş; hökm, qərar” deməkdir.

FƏRRUX – “Xoşbəxt, mübariz, uğurlu, bəxtiyar” deməkdir.

FƏRZƏDDİN – “Dinin gümanı, dinin lazım bildiyi” deməkdir.

FƏRZƏLİ – Ərəbcə “fərz” və “Əli” sözlərindən düzəlib. “Əlinin hökmü, əmri; Əlinin gümanı, təxmini” deməkdir.

FƏRZAN – “Alim, bilici; elmli; başqalarından fərqlənən” deməkdir.

FƏRZƏND – “Oğul, övlad, uşaq, oddan doğulan” deməkdir.

FƏRZİ – “Sanma, hesab etmə; ehtimal olunan” deməkdir.

FƏRZİN – Bəxt, tale.

FƏRZULLA – Ərəbcə "fərz" və "Allah" sözlərindən düzəlib. “Allahın gümanı, tanrının hesab etdiyi” deməkdir.

FƏSALƏDDİN – Ərəbcə "fəsal + əd + din" sözlərindən düzəlib. “Dinin hökmü, qərarı; dinin təfsilatı, hərtərəfli izahı” deməkdir.

FƏTƏLİ – Ərəbcə “fəth” və+ “Əli” sözlərindən əmələ gəlib. “Əlinin zəfəri, qələbəsi” deməkdir.

İLGİZ – İlk iz, ilk yol.

İLĞIM – Quru düzlərdə, səhralarda buxarın yerə yığılıb uzaqdan su mənbəyi kimi görünməsi.

İLHAM – Təb, bir şeydən təsirlənib ruhlanma, yüksək ruh coşqunluğu deməkdir.

İLHAMƏDDİN – "Dinin ilhamı, dinin coşması".

İLHAMƏLİ – "Əli ilhamı", "Əli coşqunluğu".

İLHAMİ – İlhamla bağlı, ilhama aid olan.

İLHÜSEYN – "İlin-elin Hüseyni, yurdun Hüseyni".

İLXAS – İlin (ölkənin, dövlətin) xüsusi, əlahiddə şəxsi.

İLİG – Şahzadə, hökmdar övladı.

İLKAĞA – İlk ağa, birinci ağa; ailənin ilk oğlu.

İLKƏR – İlk ər, birinci oğul, ilk igid.

İLKİN – Birinci, ilk dəfə deməkdir. Antroponim kimi “ilk övlad, birinci övlad” mənasını bildirir.

İLKİNƏR – İlk ər, birinci ər; ilk qəhrəman.

İLKİZ – İlk iz, ilk yol, ilk cığır; ilkin; ilk övlad.

İLKNUR – İlk işıq, nur: birinci uşaq, övlad.

İLKÜN – İlk səda, ilk səs, ilk övlad.

İLQAR – Əhd, vəfa, vəd, söz vermə.

İLMAN – İl-el adamı, elə yaxın olan.

İLNAMƏ – İlin (ölkənin, elin, vilayətin) məktubu; ilin kitabı.

İLNAR – Elin odu, ölkənin, yurdun odu.

İLNUR – Elin nuru, ölkənin, yurdun nuru.

İLTİFAT – Mehribanlıq, lütfkarlıq, xeyirxahlıq, mərhəmət, hüsn-rəğbət.

İLTİMAS – Xahiş, rica, yalvarış, dilək.

İLTİZAM – Borc, vəzifə, məsuliyyət.

İLVİN – İlin, elin nüfuzlu, hörmətli, etibarlı dostu.

İLYAR – Elin, ilin dostu, sevimlisi; elin sevimlisi.

İLYAS – Həmişəcavan, həmişəyaşıl; Allahın gücü və qüdrəti.

İLZƏR – İlin (elin, ölkənin, vilayətin) zəri, sərvəti.

İMAD – Dirək, dayaq, sütun.

İMADƏDDİN – Dinin dirəyi, dinin sütunu; dinin dayağı.

İMAM – Qabaqda gedən, lider, dini işlərə baxan ruhani; məzhəb və təriqət başçısı.

İMAMƏDDİN – Dinin imamı, dinin başçısı.


Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM