Strategiya.az-ın məlumatına görə, "Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkəti nazirinin müavini Məhəmmədrza Müqəddəm mətbuat konfransında bildirib.
M.Müqəddəmin sözlərinə görə, bu səbəbdən İranda keçirilməsi nəzərdə tutulan neft sənayesi və müqavimət iqtisadiyyatına dair toplantı təxirə salınıb.
Nazir müavini Əhməd Davudoğlunun səfəri haqda əlavə məlumat verməyib.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Türkiyə-İran Yüksək Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün aprelin ortalarında Türkiyəyə səfər edəcəyi gözlənilir.