Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Strategiya.az-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.
Qeyd edək ki, ötən ilin sonlarında Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilmişdi. Bu vəzifəni müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanova icra edib.