Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü ildə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat alması müəyyən edilib.