İŞİD terrorçuları Mosul Mərkəzi Bankından və vətəndaşlardan oğurlanmış pulları əvvəlcə İordaniyaya, daha sonra İraqdakı hesablara geri yatırırlar. Çirkli pullar İraqa geri göndərildikdən sonra İraq Mərkəzi Bankının valyuta satış tenderlərində iştirak edən təşkilat bu üsulla ayda 20-25 milyon dollar pul qazanır.
Əlində həddindən çox İraq dinarı olan İŞİD bu pulları dövriyyəyə buraxaraq ayda 25 milyon dollar əldə edir.
Chatham House tərəfindən aparılan araşdırmaya görə, İŞİD-in əlində vətəndaşlardan oğurladığı və Mosul Mərkəzi Bankının yarılmasından qalan 100 milyonlarla İraq dinarı var.
İŞİD əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmasıdır. 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmiş tanınmamış dövlət və terror təşkilatıdır.
Anspess