İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum hesabat verdi

09:33 / 04.03.2016

    Strategiya.az bildirir ki,  2016-cı il mart ayının 3-də İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum mətbuat konfransı keçirib. Tədbiri açan Forumun Mətbuat Xidmətinin rəhbəri Mətanət Əsgər qızı fevralın 19-dan-26-dək Türkiyədə keçirilən görüşlərə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Forum üzvləri adından minnətdarlığını bildirdi.   Daha sonra QAT rəhbəri Akif Nağı qeyd etdi ki,İkinci (İzmir) Toplantısı ( Birinci, Təsis Toplantısı 29 dekabr 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib) 20 fevral 2016-cı ildə Türkiyənin İzmir şəhərində keçirilib. Beynəlxalq Forum Türkiyə, Azərbaycan və Gürcüstandan olan Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılıb. İzmir Toplantısına İrandan, Tatarıstandan, Bolqarıstandan, Əfqanıstandan da da müşahidəçi qismində nümayəndələr qatılıb. Forumun yaradılmasında məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşa edilməsi, region münaqişələrinin, o cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsinə yardım edilməsindən ibarətdir. Forum iştirakçıları BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, həmçin digər beynəlxalq və regional qurumların prinsip və tələblərinə uyğun olaraq bütün dövlətlərin ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşır, istənilən ölkənin daxili işlərinə müdaxiləni, işğal, təcavüz, etnik təmizləmə, terror hərəkətlərini pisləyir, sivil dünyanı bu cür mürtəce hərəkətlərə qarşı birlikdə mübarizə aparmağa çağırır və bu mübarizənin ön sıralarında olacaqlarını bəyan edirlər.

 Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin sədri Mehdi Mehdiyev qeyd etdi ki, İzmir Toplantısında Bakı toplantısında əsas kimi qəbul olunmuş Təsis Bəyannaməsi əlavə və düzəlişlərlə iştirakçı təşkilatlar tərəfindən qəbul olunub. Bəyannamədə Beynəlxalq Forumun məqsəd və vəzifələri, əsas iş prinsipləri öz əksini tapıb. Foruma daxil olan ölkələr   İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun mərkəzi ofisinin Bakı şəhəri olmasını,hədəflərin digər münaşiqə ocaqlarından çox Qarabağ məsələsinə yönəlməsinə diqqət yetirilməsini vurğulayıblar.

      O da vurğulanıb ki,Forumun İkinci (İzmir) toplantısında Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsi, ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yarıtmaz fəaliyyəti, Rusiya- Türkiyə münasibətlərinin gərginləşməsi ilə bağlı regionda yaranan vəziyyət və digər məsələlər müzakirə olunub, qəbul olunmuş qərarlar Forumun Yekun Qətnaməsinə daxil edilib.

  Çıxış edən “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov qeyd edib ki,izmirdə Forumun toplantısından sonra Forum üvləri Türkiyənin İzmir,Ankara,Sakarya,İzmit,İstanbul şəhərlərində Xocalı faciəsinin anım tədbirlərində də iştirak ediblər.Türkiyədə Azərbaycan QHT rəhbərləri İzmir şəhərinin Bornovo və  Karabağlar bələdiyyə rəhbərləri Olğun Atilla və Muhittin Sevitopu tərəfindən qəbul edilib. Nümayəndə heyəti  İzmir şəhəri Karabağlar bələdiyyəsi ərazisində salınacaq Xocalı Soyqırımına həsr olunan parkın hazırlıq işləri ilə tanış olublar.

Forum üzvləri  Mustafa Əliyev, Emin Həsənli, Radə Abbas, Mehriban Abdullayeva, Tahirə Məmmədova, Füruzə Əsədullayeva, Naibə Behbudova, Sərraf Orucov  İsmət İnönu adına Kültür mərkəzində Beynəlxalq Forumun ictimaiyyət üçün təqdimatından, İzmirdəki Heydər Əliyev Parkı  və digər tarixi ərazilər  ilə tanışlıqdan, İzmirdə Borno bələdiyyəsi ərazisində fevralın 27-də açılması nəzərdə tutulan  Azərbaycan Dostluq parkından, İzmir şəhər rəsmiləri ilə yekun görüşdən, Borno, Karabağlar və Buca bələdiyyələrində görüşlərdən soz açdılar. O da xüsusi vurğulandı ki, səfər çərçivəsində  Ankarada nümayəndə heyəti Cümhuriyyət Xalq Partiyası sədrinin köməkçisi Öztürk Yılmaz   tərəfindən partiyanın qərargahında qəbul olunub. Forumun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün movzleyi - “Anıtkabır"ı ziyarət etməyi də özlərinə borc biliblər. İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun  QHT rəhbərləri 17 fevral  2016-cı ildə Türkiyənin paytaxtı Ankarada  törədilən terror ərazinə gələrək, yad edib, terror qurbanları ruhuna dualar oxuyaraq,  qərənfillər düzüblər. Türkiyə Böyük Millət Məclisində  bir sıra millət vəkilləri ilə ,xüsusi ilə İğdırdan olan millət vəkili Nurəddin Arasla, Cümhuriyyət Xalq Partiyası sədri Kamal Qılıcdaroğlu ilə görüşlərdən  də söz açdılar. Beynəlxalq Forumun nümayəndə heyəti Ankarada Xocalı Soyqırımı abidəsini ziyarət etdiklərini, Sakaryada 26 fevralla bağlı düzənlənən tədbirlərə qatıldıqlarını da qeyd etdilər. Forumun nümayəndələri Sakarya Universiteti və universitetin yataqxanası ilə tanılıqdan, universitet tərəfindən təşkil olunan qəbulda Türkiyə Kredit Yurdlar Kurumu regional rəhbəri Arif Özsoy, Azərbaycandan olan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Beynəlxalq Forumun nümayəndələri, digər türk dövlətlərindən təhsil alan tələbə dərnəklərinin nümayəndələri ilə görüşdən də söz açdılar. Qeyd olunub ki, Beynəlxalq Forumun nümayəndələri İzmit şəhərində bələdiyyə tərəfindən inşa edilən Xocalı Soyqırımı abidəsi önündə  anma mərasimi, İzmit şəhərində fəaliyyət göstərən  yerli dərnək, vakf və digər vətəndaş cəmiyyəti nümayəndələri  görüşlər keçiriblər. Görüş zamanı iki ölkə QHT nümayəndələri, Qarabağ münaqişəsi və ermənilərin türklərə qarşı törədikləri soyqırımı və  terrorların beynəlxalq  aləmə çatdırılmasında birgə fəaliyyət göstərilməsi istiqamətində iş birliyinin qurulması qərara alınıb. QHT rəhbərləri həmçinin İstanbulda Türkiyə Müharibə Qaziləri və Ehtiyatda olan Qazilər təşkilatının nümayəndələri ilə görüşdə olublar. Hər iki təşkilat Türkiyə tərəfindən bu beynəlxalq foruma dəstək vermək istəyində olduqlarını bildiriblər. İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun Azərbaycan nümayəndə heyəti İstanbul Türkiyə Azərbaycan Dərnəyinin Xocalı soyqırımı ilə bağlı anım tədbirində iştirak ediblər. Mətbuat konfransının sonunda  İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun təsisçiləri media nümayəndələrinə Forumun işini işıqlandırdıqlarına görə minnətdarlıqlarını bildiriblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM