Martın 3-də Bakıda ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov görüşü açaraq ölkədə yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verib.
Ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün daha əlverişli biznes mühiti yaradılması məqsədilə cari ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dövriyyəsi 200 000 manatdan yuxarı olan, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib. Bu zaman ticarət sektorunda çalışan sahibkarlıq subyektləri 6%, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar isə 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəyəcəklər. O cümlədən, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb ki, bu da bir çox sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi rejimini tətbiq etmək imkanı verir.
Ölkədə sahibkarlıq subyektləri üçün ən mütərəqqi və sadə qeydiyyat sistemi mövcuddur. Ötən il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Vergilər Nazirliyi isə öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.
Bütün bunlar sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə aparılan əsaslı islahatların bir hissəsidir.
Bundan sonra ölkə iqtisadiyyatının inkişafının bilavasitə sahibkarlığın inkişafından asılı olacağı barədə ölkə başçısı İlham Əliyevin sözlərini görüş iştirakçılarının nəzərinə çatdıran nazir müavini qeyd edib ki, bu addımlara adekvat olaraq, sahibkarlar da işlərini şəffaflıq prinsipləri əsasında qurmalı, vergilərini düzgün hesablayıb dövlət büdcəsinə tam həcmdə və vaxtında ödəməlidirlər.
Vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması hazırda qarşıda duran ən mühüm məsələlərdən biridir. Vergi ödəyiciləri dövriyyələrini düzgün göstərməli və sənədləşdırmə işlərini qaydasına salmalıdırlar. Bu sahədə hansısa problemlə üzləşən vergi ödəyiciləri Bakı Vergilər Departamentinə və müvafiq ərazilərdəki vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Sonra vergilər nazirinin müşaviri, Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Habil Məmmədov çıxış edərək, ticarət obyektlərində sənədsiz malların satışının yolverilməz olduğu və yaxın vaxtlarda bununla bağlı nəzarət tədbirlərinin keçiriləcəyi barədə məlumat verib. Görüşdə nəzarət-kassa aparatlarından və POS-terminallardan istifadəni genişləndirmək, vergi orqanları ilə partnyorluq münasibətlərini dərinləşdirmək və ortaya çıxan sualları birlikdə həll etməklə bağlı tövsiyələr verilib.
Daha sonra yerli istehsalçıların öz mallarına sənəd vermədikləri, sənədsiz köhnə mal qalıqları, POS-terminallardan geniş istifadəyə əngəl törədən yüksək bank faizləri və digər məsələlərlə bağlı vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılıb.(fins.az)
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM