Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 4-də saat 01 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Culfa rayon sakini Elşad İmanovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Habil İsmayılovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə E.İmanovun sərnişini, Müşfiqabad qəsəbə sakini Elməddin Rəsulov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.