Bunu APA-ya açıqlamasındaXarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanıması barəsində qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
H. Hacıyev bildirib ki, 15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa qətnamə qəbul edilib: “ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır və dəstəklənir. Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status kvonu saxlamağa çalışır".
Strategiya.az