Martın 4-də Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin İtaliyanın “Sandro Teti” nəşriyyat evində italyan dilində çapdan çıxmış “Bir səfirin manifesti” kitabının təqdimatı olub.
Strategiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə rəsmi şəxslər, ictimai-siyasi xadimlər, elm adamları iştirak ediblər.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo kitab haqqında danışıb, səfir Hafiz Paşayevin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xaricdə ölkəmizin təmsil olunması, düzgün tanıdılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.
İki ölkə arasında sürətlə inkişaf edən əməkdaşlıqdan danışan Ciampaolo Kutillo Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliyanın Baş naziri Matteo Renzinin səmimi münasibətləri sayəsində bu əlaqələrin daha da genişləndiyini qeyd edib.
Heydər Əliyev Fondunun İtaliyada mənəvi dəyərlərin qorunmasına böyük dəstək verdiyini bildirən səfir Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Hafiz Paşayev çıxış edərək “Bir səfirin manifesti”nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı, öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan Hafiz Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair mülahizələr toplanılıb. O vurğulayıb ki, yaxşı diplomat ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar.
Hafiz Paşayev kitabın bu yaxınlarda İtaliyada keçirilən təqdimatından da danışıb. O, kitabın əslində italyanların da ABŞ haqqında məlumat alması üçün əhəmiyyətli olduğunu bildirərək səfir üçün iki ölkənin mədəniyyətlərini bir-birinə yaxınlaşdırmağın vacibliyini vurğulayıb. Hafiz Paşayev ADA Universiteti ilə səfirlik arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini deyib. Qeyd edib ki, ADA Universiteti İtaliyanın bir sıra təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin qarşılıqlı səfərlərinin təşkili, təcrübə mübadiləsinin həyata keçirilməsi önəmli addımdır.
Tədbirdə, həmçinin Beynəlxalq Neft Şərq Akademiyasının vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Çapay Sultanovun “Qara qızılın qələbəsi” kitabının da təqdimatı olub.
Ç.Sultanov çıxış edərək italiyalı oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından “Bir səfirin manifesti” kitabının önəmini vurğulayıb. O, bu cür təşəbbüslərin ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin inkişafına xidmət etdiyini söyləyib. Bildirib ki, nəşrdə diplomatların yararlana biləcəyi çox dəyərli məlumatlar yer alıb. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir. Eyni zamanda, bu təşəbbüslər multikultural dəyərlərin təbliğində də əhəmiyyətli təsirə malikdir.
“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan diplomatiyasının bütün xüsusiyyətlərini əks etdirən kitabın müəllifinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanla bağlı nəşrlərin oxuculara təqdim olunması bu ölkəni daha yaxından tanımaq imkanı yaradır. Nəşr haqqında fikirlərini bölüşən Sandro Teti kitabın təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu kütləsində ciddi maraq doğuracağına əminliyini bildirib.
Tədbirdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, ölkəmizin multikultural mühitə malik bir məkan olması, Azərbaycan diplomatiyasının uğurları, İtaliyanın ölkəmizin Avropada önəmli strateji tərəfdaşı olması xüsusi vurğulanıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM