“Azərbaycanda nurçulara qarşı belə hərəkətlənmə Ərdoğanın dövlət rəsmilərinə müraciətindən sonra baş verib”. Bu sözləri “Axar.az”a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O, Azərbaycanda nurçulara qarşı fəaliyyətin Ərdoğanın müraciətindən sonra baş verdiyini bildirib: “Əlbəttə, etiraf edək ki, bu bir parametrli tənqid deyil. Ərdoğanın hakimiyyətinin indiki dövründə “xidmətçilər”lə siyasi savaşı yaranmasaydı, əvvəlki əməkdaşlıqları qalsaydı, düşünürəm ki, belə suallar ortaya çıxmayacaqdı. Həmçinin Türkiyə prezidenti onların indiyə qədər fəaliyyət göstərməsində maraqlı olacaqdı. Əksinə, hər kəs fikirləşəcəkdi ki, onların heç bir siyasi iddiaları yoxdur və bunlar dövlətin içinə sızmaq istəmirlər. Amma son situasiyalar vəziyyəti dəyişdi. Onlar nəinki prokurorluq, maliyyə, məhkəmə sistemi, hətta Milli İstihbaratın da içinə sızan çox ciddi şəkildə formalaşmış, mason lojalarını xatırladan sistemə dönüşüblər. Onların yalnız dövlətin içinə sızan və Fətullah Güləndən gələn əmrləri həyata keçirənlər olduğunu söyləmək bizim üçün çətin olar. Bunun kənar ölkələrə də təsiri müşahidə olunmaqdadır. Düşünürəm ki, Azərbaycanda nurçulara qarşı belə hərəkətlənmə Ərdoğanın dövlət rəsmilərinə müraciətindən sonra baş verib. Bu mənim subyektiv mülahizəmdir”.
Məktəblərin bağlanması doğru deyil
Millət vəkili Azərbaycanda Fətullah Gülən məktəblərinin birbaşa bağlanmasının doğru olmayacağını dedi: “Bu, bizim özümüzü Türkiyədə əsən küləklərə zorla uyğunlaşdırmaq deyil. Yəqin ki, daşınan məxfi qovluqlu sənədlərdə də Azərbaycan haqqında hər hansı bir tezis olub ki, Türkiyə hökuməti Fətullah Gülən dayaqlarını burada da zəiflətməyə çalışır. Bütün bunlara rəğmən, Azərbaycanda Fətullah Gülən məktəblərini bitirən bütün şəxslərin də üzərinə getmək doğru olmazdı. Onların məktəblərinin təyinatını, Təhsil Nazirliyinin iştirakı ilə həmin yerlərin formasını dəyişmək olar”.
Nurçuluq Azərbaycana yaxşı dərs oldu
Z.Oruc gələcəkdə dini təmayülləri olan məktəblərin Azərbaycana gətirilməsinin doğru olmayacağını da bildirdi: “Baxın, Qafqaz Universiteti və Çağ Öyrətimi bitirənlər müəyyən bir imkana sahib olan insanlardır. İndi də həmin insanları cəmiyyətdən çıxdaş etməyimiz doğru olmayacaq. Əgər bu insanlar bizim içərimizdə konstitusyon quruluşu dəyişmək fikrindədirlərsə, əlbəttə ki, buna qarşı olmaq lazımdır. Bu isə bizim kəşfiyyat strukturlarımızın verdiyi məlumatlar əsasında ola bilər. Bundan kənarda Qafqaz Universiteti ilə Çağ Öyrətimi qapayıb Ərdoğanla Gülənin barışmasını gözləmək çox yalnış siyasət olardı. Lakin düşünürəm ki, gələcəkdə özəl məktəblər Azərbaycana xaricdən gələn qüvvələrlə, qurumlarla bağlı olarsa, bu, birmənalı olaraq dini təmayüllərdən tam kənar olmalıdır. Bu, artıq mütləqdir. Bu hadisə bizə həmin məzhəbin üzərində yaxşı bir dərs verdi”.
Nurçuluq yəhudilərin fəaliyyəti formasında gizli təşkilatlanmadır
O, parlamentdə Fətullah Gülənə çalışan insanların olduğu sübut olunarsa, onların fəaliyyətinə hüquqi qiymət veriləcəyini söylədi: “Bu məsələ ilə bağlı geniş fikir söyləməkdən ötrü biz mütləq təhlükəsizlik orqanlarının məlumatlarına sahiblənməliyik. Əgər həmin nurçular yəhudilərin fəaliyyəti formasında gizli təşkilatlanma formasıdırlarsa, dövlətin içinə sızmaq və zamanı gələndə əkdikləri toxumun bəhrəsini götürmək istəyəcəklər. Bunları söyləmək çox çətindir. Bir sıra insanlarla ünsiyyətdə olan zaman onlardan Fətullah Gülənin nəyi təlqin etdiyini soruşuram. Məsələn, sələfilərdə bunun parametrləri aydındır. Onların özlərinin atributları, idealları var. Amma nurçularda bunu tam müşahidə etmək mümkün olmur. Parlamentdə adı çəkilən insanları tam olaraq “nurçudur” deyib, damğalamaq düzgün olmazdı. Əgər həqiqətən onların hər biri qara mühasibatlıqdan faydalanıbsa, o zaman onları qanunun ən ağır maddələri ilə cəzalandırmaq lazımdır. Burada ikinci fikir ola bilməz. Onlar dərin dövlət quruluşuna malik olub burada şaxələniblər və ölkənin siyasi rəhbərliyi bir şey etməsə, nurçular hakimiyyəti ələ keçirəcək stixiyası ilə yaşamaq yanlışdır. Konkret olaraq Fətullah Güləndən qaynaqlanan insanlar varsa, birmənalı şəkildə onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Bundan kənarda elm və təhsil sahəsində çalışanların hər birini nurçu adlandırıb ölkədən qovmaq bizə ziyan vuracaq”.
Hazırda Azərbaycanda kompromat savaşı gedir
Deputat Azərbaycanda nurçularla bağlı informasiyaların mediaya sızdırılmasında əsas məqsədin Türkiyədəki hadisələrin Azərbaycana keçidinin təminindən ibarət olduğunu söylədi:
“Mənə elə gəlir ki, hazırkı dövrdə kompromat savaşı gedir və istənilən faktlar süni olaraq qabarıqlaşdılır, bir-birinin mövqeyini zəiflətməkdən ötrü bundan fayda götürülür. Bu bir siyasi taktikadır. Bəlkə də haradasa başa düşüləndir. Ancaq ölkəmizin indiyə qədərki dövründə Prezidentin siyasi iradəsi altında olan hər hansı məmurun öz dövlət başçısının əmrlərinə deyil, Penselvaniyada yaşayan din adamının sözlərinə əməl edərək yaşamasına, ölkədə geniş spektrdə qüvvələri əldə saxlamasına inanmıram. Düşünürəm ki, bu, Türkiyədəki hadisələrin uzantısını Azərbaycana keçirməkdir. Bu, siyasi elitanın içərisində parçalanma yaratmaqdır. Bunu xəfiyyə strukturlarına tapşırmaq lazımdır ki, onların gizli fəaliyyəti, əsas məqsədlərinin nə olması, onların 33-cü dərəcədə duran rəhbərlərinin kim olması ilə bağlı məsələlərə qiymət versinlər. Təhsil müəssisəsi ilə bağlı fəaliyyətlərində də harada kənara çıxıblarsa, orada da fəaliyyətləri kəsilməlidir”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM