Məxfi silah işə salındı - türk dövləti yaradacaqlar

11:03 / 05.03.2016

Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində yaşayan uyğur türkləri Suriyada Dəməşq rejiminə qarşı çıxan döyüşçülərin məxfi silahına çevrilib.

Strategiya.Az publika.az-a istinadən bildirir ki, bu barədə Fransanın "La Stampa" nəşrində Jordan Stabil yazıb.
 
Onun sözlərinə görə, minlərlə uyğur Əfqanıstan, Mərkəzi Asiya Respublikaları və Türkiyə vasitəsilə uzun və təhlükəli səyahətdən sonra Suriyaya daxil olurlar. Müəllif qeyd edir ki, uyğurlar şiələrin tərk etdiyi dağlıq ərazilərdə yerləşdiriliblər.
 
"Uyğurlar İdlib vilayətinin ən ucqar və strateji əhəmiyyətli mövqelərə nəzarət edirlər. Qərbi Çində yaşayan sünni və türkdilli əhali Suriya üsyançılarının məxfi silahı olublar", -  məqalədə deyilir.
 
Müəllif bildirir ki, bir il əvvəl Türkistan İslam Partiyasına daxil olan uyğur döyüşçüləri Suriyada cəmi bir neçə yüz nəfər təşkil edirdi: "İdlibin alınmasından sonra uyğur döyüşçülərinin axını artıb. İndi onlar xarici döyüşçülər arasında sayca üstünlük təşkil edirlər. Uyğurların sayı 4-5 min nəfərdir".
 
Jordan Stabil qeyd edir ki, uyğurların axını bütün İdlib vilayətinə nəzarət edən "Ən-Nüsra" Cəbhəsi ilə ittifaqla və Çin ilə Pakistanın terrorçuluğa qarşı birgə əməliyyatları ilə izah edilir. Sözügedən əməliyyatlar onları Hindikuş dağlarını tərk etməyə məcbur edib.
 
Amma Suriya müxalifəti ehtiyat edir ki, Suriyada uyğurların olması Çinin Rusiya tərəfində Suriya münaqişəsinə müdaxiləsi ilə nəticələnə bilər. Suriya hökumətindəki mənbələrin sözlərinə görə, Dəməşqə Çin komandaları gəlib. İddiaya görə, onlar Çinin Dəməşqdəki səfirliyinin təhlükəsizliyi məsələləri ilə məşğul olacaqlar.
 
"Uyğurların çoxları Suriyaya ailələri ilə gəlib. Bu, onun əlamətidir ki, onlar burada qalmaq istəyirlər. Yerli şahidlər danışırlar ki, uyğurlar başqa xarici döyüşçülərdən fərqli olaraq uzlərini gizlətmirlər və heç vaxt vətənə qayıtmayacaqlarını bildirirlər", - məqalədə deyilir.
 
Qeyd edək ki, son vaxtlar dünya mediası ABŞ-ın dövriyyəyə buraxdığı yeni Suriya xəritəsinin detallarını müzakirə edir. Xəritəyə görə, Suriya üç hissəyə bölünür. Ancaq xəritədə 5 ərazi vahidi yer alıb. Xəritədə mötədil müxalifət və PYD-nin hər birinə 2, Bəşər Əsəd rejiminə isə bir ərazi vahidi verilir. Cerablus istisna olmaqla İŞİD-in nəzarətindəki ərazilərlə əlaqədar hələ bir qərar qəbul edilməyib.
 
ABŞ-ın xəritəsinə görə, Azez-Cebrablus xəttində 16 kilometr eni olan ərazi və İdlib bölgəsi mötədil müxalifətə verilir. PYD-yə isə hazırda nəzarət etdiyi Afrin və Firat çayının şərqindəki bölgə ayrılır. Xəritəyə görə, PYD-in Afrin, Kobani və Cəzirə kantonları birləşdirilmir. Hələb və Türkman Dağı  da daxil olmaqla Əsədin hazırda nəzarət etdiyi Qərbi Suriya rejimin nəzarətində saxlanılır. İdlibdə müxalifətə verilməsi nəzərdə tutulan bölgənin ətraf aləmlə heç bir əlaqəsi yoxdur. Bölgə PYD və rejim tərəfindən mühasirəyə alınır.
 
Türkiyənin "Haber7" saytının yazarı Rahim Ər bir neçə gün əvvəl qələmə aldığı yazısında qeyd edib ki, ABŞ  I Dünya Müharibəsindən bu yana ilk dəfə Yaxın Şərqdə özünün çəkdiyi xəritəni həyata keçirmək istəyir.Onun sözlərinə görə, Qərbi Suriyanın rejimə verilməsi ilə Rusiyanın quru və dəniz bazaları mühafizə edilir. "Bu, həm də Moskvaya "sus" payıdır. Hələb və Türkman dağının rejimə verilməsi isə Bəşər Əsədə "səsini çıxarma!" deməkdir", - türkiyəli yazar qeyd edib.
 
Onun sözlərinə görə, xəritənin həyata keçirilməsindən türkmanlar və müxalifətdən başqa hər kəs qazanclı çıxacaq. Türkiyəli yazar belə bir vəziyyətdə "Türkman Dövləti"nin gündəmə gələ biləcəyini vurğulayıb: "Xəritə ilə bağlı iddianın gerçək olmasını istəmirik. Türkiyə Hələb və Türkman dağının rejimə verilməsinə razı olmayacaq. Türkiyə cənub hüdudlarının bağlanmasına da icazə verməz.  Bu xəritənin müzakirə olunması və sövdələşmələr üçün açıq olması Türkiyənin Hələb, Türkman dağı və Afrini əhatə edən Türkman Dövlətini tanıma hüququnu doğurur".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM