Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib

18:43 / 05.03.2016

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyasda bir idman dövləti kimi tanınır və ölkə idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir: “Bunun nəticəsidir ki, ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə keçirilmiş I Avropa Oyunları, dünya və Avropa çempionatları, beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilir. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin Vətənimizdə keçirilməsinə böyük etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Əminəm ki, bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olacağıq".

Daha sonra nazir qeyd edib ki, batut gimnastikası dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür: "Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bütün gimnastika idman növlərinə, o cümlədən batut gimnastikasına diqqət və maraq xeyli artıb. Bunun nəticəsində bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və idman bayramına çevrilir. Fürsətdən istifadə edib, Azərbaycan idmanına göstərdikləri diqqət və qayğıya görə, ölkə rəhbəri cənab İlham Əliyevə və respublikanın birinci xanımı Mehriban Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildirirəm".

Nazir A.Rəhimov həmçinin qeyd edib ki, 2013-cü ildən ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ilk dəfədir ki, vətənimizdə təşkil olunur: "Belə bir mötəbər yarışın respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Beynəlxalq Gimnastika Federasiyasınin rəhbərliyinə təşəkkür edirəm. Dünyanın 17 ölkəsinin idmançılarının qatıldığı bu yarış, şübhəsiz ki, Azərbaycanda bu idman növünün inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə toplamalarına münbit şərait yaradacaq. Əminəm ki, yarışı izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbir unudulmaz hadisə kimi yaddaşlarda qalacaq. Ümüd edirəm ki, Dünya Kubokunda öz qüvvələrini sınayan idmançılar avqust ayının 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında öz bacarıqlarını nümayiş etdirəcəklər. Hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram".

Sonra açılış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının Batut Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Horst Kunze çıxış edib.

H.Kunze bildirib: "Dünyanın müxtəlif ölkələrindən təşrif buyurduğunuza və bu Dünya Kuboku mərhələsini iştirakınızla dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Beynəlxalq Gimnastika Federasiyası, onun Prezidenti Bruno Qrandi başda olmaqla, Sizə öz salamlarını çatdırır. Cənab Qrandi bu il gərgin iş qrafiki olduğundan burada iştirak etmədiyi üçün təəssüf hissi keçirir. Bu Dünya Kubokuna hazırlıq prosesində gördüyü bütün işlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdaram. İndi isə mən bütün idmançılara müvəffəqiyyətlər və tamaşaçılara maraqlı yarış həyəcanı arzu edirəm".

Daha sonra açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov çıxış edib: "İlk öncə, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın adından batut gimnastikası üzrə Dünya Kubokunun bütün iştirakçılarını salamlayıram! İki həftə bundan əvvəl Milli Gimnastika Arenası ilk dəfə olaraq Bakıda idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunu qəbul etdi. Bu gün isə biz gimnastikanın digər növü - batut gimnastikası üzrə ölkəmizdə ilk dəfə keçirilən Dünya Kuboku mərhələsinin şahidi oluruq".

A.Həsənov qeyd edib ki, 2016-cı ilin əvvəlində Bakıda ardıcıl olaraq belə mötəbər yarışların keçirilməsi, xüsusilə də Azərbaycan üçün nisbətən yeni növ olan batut gimnastikası üzrə Dünya Kuboku yarışının təşkili, ölkəmizdə gimnastika növlərinin inkişafının yeni mərhələyə qədəm qoymasından xəbər verir: "Bu yarış meydançasında iki gün ərzində istedadlı və kifayət qədər məşhur batutçuların çıxışlarını izləyəcyik. Məhz belə idmançıların çıxışları artıq ölkəmizdə batut gimnastikasına böyük maraq göstərən, yetişən gənc nəsil gimnastlarını ruhlandırır, onları böyük idmanda mətin olmağa çağırır. Yarışların keçirilməsində əməyi olan təşkilat komitəsinin hər bir üzvünə, könüllülərə, buraya toplaşan tamaşaçılara minnətdarlığımı bildirirəm və idmançılara uğurlar və yeni qələbələr arzulayıram! Növbəti gimnastika bayramı münasibətilə hamınızı təbrik edirəm və batut gimnastikası üzrə FIG Dünya Kubokunu açıq elan edirəm!”

Bundan sonra müxtəlif gimnastika növlərinin təqdimatı ilə rəngarəng açılış mərasimi baş tutub. Azərbaycan idmançıları üç musiqi kompozisiyasının müşayiəti altında çıxış ediblər - Karla Orfun “Carmina Burana” kompozisiyası, milli Azərbaycan musiqisi və çıxışı “Ey Vətən” mahnısının sədaları altında başa çatdırıblar.

Qeyd edək ki, ilk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

Azərbaycanı yarışlarda kişilər arasında İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

Martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM