Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 5-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Əvvəlcə Azərbaycanın və Macarıstanın Baş nazirlərinin təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Baş nazir Artur Rasizadə macarıstanlı həmkarı Viktor Orbanı və başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycanın və Macarıstanın dost dövlətlər olduğunu vurğulayan Artur Rasizadə ölkəmizin bütün sahələrdə Macarıstan ilə əməkdaşlığa önəm verdiyini söyləyib. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycanın Baş naziri iqtisadi sahədə də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın işini yüksək qiymətləndirən Artur Rasizadə artıq konkret nəticələrin əldə olunduğunu vurğulayıb.
Macarıstanın əldə etdiyi uğurların məmnunluq doğurduğunu bildirən Baş nazir Artur Rasizadə Azərbaycanda da siyasi sabitliyin hökm sürdüyünü, iqtisadiyyatın inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycan iqtisadiyyatında enerji sektorunun önəmli yer tutduğunu qeyd edərək bildirib ki, son on il ərzində bu sahədən əldə olunan gəlir hesabına ölkəmizdə böyük infrastruktur yaradılıb, mühüm sosial layihələr həyata keçirilib. Bu, həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün bir bazadır.
Görüşdə Macarıstan nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən Baş nazir deyib ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişə indiyədək həll edilməyib. ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı vasitəçilik səyləri hələ də heç bir nəticə verməyib.
Baş nazir Viktor Orban ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın çətin vəziyyətlə üzləşdiyini xatırladığını deyən Macarıstanın Baş naziri bu gün ölkəmizdə sürətli inkişafın şahidi olduğunu vurğulayıb.
Bu gün Azərbaycanın sabit və güclü dövlət olduğunu deyən Baş nazir Viktor Orban bildirib ki, ölkələrimiz arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün kifayət qədər imkanlar var.
Görüşdə iqtisadi, investisiya yatırımı, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra sənədlər imzalanıb.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Macarıstanın milli iqtisadiyyat naziri Mihali Varqa imzalayıblar.
“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
“Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”nu Semmelveis Universitetinin rektoru Aqostan Szel və Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar.
“Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu”nu bu ali məktəblərin rektorları Asəf İsgəndərov və Ferents Savai imzalayıblar.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM