Buna səbəb bəzi sürücülərin baş yol nişanını əsas gətirərək qaydanı pozmalarıdır.
Amma həmin sürücülər onlara üstünlük verən yol nişanını əsas gətirərək qaydanı pozmadıqlarını deyirlər.
Ekspert Ərşad Hüseynov isə bildirir ki, baş yol nişani işıqfor işləyərkən qüvvəsini itirir. Buna görə də Bakıxanovdan sola dönən sürücülər qarşıdan gələnlərə yol verməlidirlər.
Ekspert deyir ki, Bakıxanov küçəsində baş yol nişanın olması sürücülərə heç də həmişə üstünlük vermir: "Bu məsələ Yol Hərəkəti Haqqında Konvensiyanın 5-ci maddəsi ilə tənzimlənir. Əgər, işıqfor müxtəlif səbəblərdən işləməsə, bu zaman sürücülər baş yol nişanının tələbinə əməl etməlidirlər".