Ən baxımlı musiqi yarışması – “Səs Azərbaycan”ın (“The Voice Of Azerbaijan”) qalibi məlum olub. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilən, hazırlıq prosesi və yarış müddəti ümumilikdə 8 ay sürən “Səs Azərbaycan” musiqi yarışması milyonlarla tamaşaçını Azərbaycan Televiziyasının (AzTV) ekranı qarşısına topladı.
Gənc istedadları üzə çıxarmağa xidmət edən, musiqisevərlər tərəfindən böyük maraqla qarşılanan bu müsabiqəni də AzTV uğurla təqdim etdi.
“Səs Azərbaycan” ölkəmizdə keçirilən və Azərbaycan Televiziyası ilə tamaşaçılara təqdim olunan ilk musiqi yarışması deyil. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti nəticəsində indiyədək beynəlxalq forumlar, eləcə də milli mədəniyyətimizin təbliği istiqamətində bir sıra nəhəng yarışmalar uğurla keçirilib. Avropanın nüfuzlu “Eurovision” mahnı müsabiqəsində qalibiyyətimiz bu mötəbər yarışı 2012-ci ildə ölkəmizə gətirdi. Azərbaycan bu yarışmaya yüksək səviyyədə ev sahibliyi etməklə öz adını “Evrovision” tarixinə qızıl hərflərlə yazdı. Bu baxımdan ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi ilə bağlı qərar təsadüfi deyildi. Mötəbər yarış yüksək səviyyədə keçirilməklə yanaşı, tamaşaçılara da peşəkarlıqla təqdim olundu. İlk Avropa Oyunlarının mükəmməl yayımını “Azərbaycan Televiziyası” və “İdman-Azərbaycan” kanalı yüksək keyfiyyətlə həyata keçirdi, tamaşaçılara yarışları zövqlə izləmək imkanı yaratdı. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən, muğam sənətini yaşatmağa xidmət edən “Muğam televiziya müsabiqələri” də ölkəmizdə, eləcə də ondan kənarda böyük tamaşaçı sevgisi qazandı. AzTV 5 dəfə muğam müsabiqələrini yüksək peşəkarlıqla təşkil etdi və yayımladı.
Növbəti – dünya miqyaslı layihə isə dövlətimizin başçısının təşəbbüsü və dəstəyi ilə reallaşdı: dünyanın ən nüfuzlu mahnı müsabiqəsi, 50-dən çox ölkədə lokal versiyaları yayımlanan “The Voice” – “Səs” ölkəmizə gətirildi.
Niderlandın “Talpa” şirkətinə məxsus layihənin lisenziyası Azərbaycan Televiziyasına verildi və 2015-ci ilin iyulundan işlərə başlandı. Yayım hüququnun məhz AzTV-yə verilməsi təsadüfi deyildi. Televiziyanın canlı yayımlarda kifayət qədər təcrübəsi, müasir maddi-texniki bazası, peşəkar kadr potensialı lisenziyanın alınmasında və layihənin uğurla başa çatdırılmasında həlledici rol oynadı.
Azərbaycan Televiziyası yarışın təşkili üçün hazırlıq prosesi və seçim turlarında 600 kvadratmetrlik, yarışmanın əsas hissəsində 1200 və 900 kvadratmetrlik çəkiliş pavilyonlarını yayımın yüksək səviyyədə təşkili üçün 16 kameralı HD formatlı səyyar televiziya avadanlığı, onlarla əlavə kamera və mikrofon, yüzlərlə işıq avadanlığı, 200 kvadratmetrdən artıq veb-ekranlar, operativ və yüksək peşəkar standartlara uyğun montaj studiyaları ilə təmin etdi. Layihənin ərsəyə gəlməsinə 200 yerli, onlarla xarici mütəxəssis cəlb olundu.
Dörd ay ərzində iştirakçılar tamaşaçılar qarşısında çıxış etdi, müxtəlif janrlarda mahnılar oxudular. Həm özləri həyəcanlandı, həm ustadları öz yetirmələrinin ifasını böyük sevgi və nigaranlıqla izlədi, həm də yüz minlərlə tamaşaçı bu ifalardan zövq aldı. Yarışa Azərbaycanın bütün bölgələrindən 3000-ə yaxın ərizə qəbul olunmuşdu. Namizədlərdən 100 nəfər seçildi və onların da 56 ən yaxşısı yekun mərhələyə vəsiqə qazandı. “Səs Azərbaycan” həm də onu sübut etdi ki, bu gün ölkənin nəinki iri şəhərlərində, həmçinin rayon və kəndlərində də dünya musiqisinin müasir trendlərindən xəbərdar olan minlərlə gənc var: onların davranışı, dünyagörüşü, düşüncə tərzi müasir Azərbaycan gəncinin modelidir. Bu da təbii ki, ölkədə gənclər siyasətinin düzgün məcrada getdiyinin sübutudur. Layihədə təkcə Azərbaycanın deyil, Rusiya, Ukrayna, Almaniya, Niderland, Türkiyə, ABŞ, Gürcüstan və digər ölkələrdən ifaçılar da öz güclərini sınamışdı. Yeri gəlmişkən, final günü – martın 5-də Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunurdu və yekun yayımın məhz bu günə salınması təsadüfi deyildi. Bununla Azərbaycan Televiziyası gənclər gününə növbəti töhfəsini verdi.
Yarışın formatına uyğun olaraq, final günündə Bakcell operatorlarına göndərilən səslər qalibi müəyyən edəcəkdi. Birinci yerə iddialı, sona qalan 2 nəfər – Mübariz Tağıyevin tələbəsi Emiliya Yaqubova və Faiq Ağayevin tələbəsi Hüseyn Abdullayevin həyəcanını təsəvvür etmək belə mümkün deyildi.
Hamı çox böyük həyəcan və maraqla Azərbaycanın “Səs”inin kim olacağını gözləyirdi...
Qalibi tamaşaçıların göndərdiyi “sms”lər müəyyənləşdirdi. 90283 səs Emiliya Yaqubovanı yarışın birincisi etdi.
“Səs Azərbaycan” milyonlarla insanın qəlbini ovsunlayan musiqinin bayramı, təntənəsi və qələbəsi idi.
Qalib ifaçıya 30000 manat məbləğində pul mükafatı verildi. Bununla yanaşı, onun tanıdılması istiqamətində yeni mahnının yazılması, təbliğatı reallaşdırılacaq.
Beləliklə, 200 nəfərdən artıq insanın çalışdığı bu nəhəng layihə son akkordlarını vurdu. 4 ay ərzində hər həftə Azərbaycan Televiziyası sizin evinizdə bayram ab-havası yaşatdı. Bununla da, Azərbaycan mədəniyyətinin dünya təbliğində növbəti uğura imza atıldı.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM