Strategiya.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə Qazax rayon sakini, 1993-cü il təvəllüdlü İbrahim Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə, “Mercedes”in sürücüsü və sərnişin, 1995-ci il təvəllüdlü Elfaq Quliyev müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.